19 İyun 2026 16:28
136
CƏMİYYƏT
A- A+
Bakı İƏT-in antikorrupsiya gündəminin mərkəzində: Hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb  

Bakı İƏT-in antikorrupsiya gündəminin mərkəzində: Hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb  

Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Yousef Aldobeay arasında iyunun 17-də keçirilən görüşdə bu il oktyabrın 27–28-də Bakı şəhərində təşkil olunacaq İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq məsələləri müzakirə edilib, tədbirin təşkilati və məzmun baxımından yüksək səviyyədə keçirilməsi istiqamətində görülən və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunun davamı olaraq, iyunun 19-da Baş prokurorun müavini, tədbirin Təşkilat Komitəsinin sədri Heydər Məmmədovun rəhbərlik etdiyi komitə üzvləri ilə İƏT-in Baş katibinin müavini Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və qeyd olunan tədbirin təşkilinə dair əməkdaşlıq rəsmiləşdirilib.

Görüş zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən sistemli tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, şəffaflığın artırılması və dövlət idarəçiliyində hesabatlılığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələr barədə məlumat verilib.

Ölkəmizin İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq Azərbaycanın təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərdə fəal iştirak etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakı şəhərində keçiriləcək üçüncü yüksəksəviyyəli görüşə hazırlıq işlərinin planlı və sistemli şəkildə davam etdirildiyi, tədbirin yüksək təşkilati səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü bildirilib.

Tərəflər görüş çərçivəsində tədbirin təşkilati-logistik aspektlərini, o cümlədən iştirakçı tərkibi, nəqliyyat, təhlükəsizlik və protokol təminatı məsələlərini nəzərdən keçiriblər. Həmçinin tədbirin yüksək səviyyədə təşkili, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

57 üzv dövləti birləşdirən və Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq təşkilatı hesab olunan İƏT-in Baş katibinin müavini Yousef Aldobeay Bakıda keçiriləcək yüksəksəviyyəli görüşə hazırlıq işlərinin mütəşəkkil və yüksək səviyyədə aparıldığını qeyd edib. O, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq, bu cür mötəbər tədbirlərin təşkilində ölkəmizin yüksək peşəkarlıq və təşkilati imkanlar nümayiş etdirdiyini bildirib.

Yousef Aldobeay qarşıdan gələn yüksəksəviyyəli görüşün Azərbaycanın təşkilati potensialı və təcrübəsi sayəsində uğurla keçiriləcəyinə əminliyini ifadə edib, tədbirin İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. O, həmçinin tədbirdə 300-dən çox xarici qonağın iştirakının gözlənildiyini diqqətə çatdırıb.

Müzakirələrin yekununda Heydər Məmmədov və Yousef Aldobeayi cari il oktyabrın 27–28-də keçiriləcək İƏT-ə üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq tədbirlərinə dair əməkdaşlıq sənədini imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT: Dünyada milyonlarla uşaq yoxsulluq və zorakılıq qurbanıdır  

18:59
19 İyun

TRIPP layihəsi Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək

18:51
19 İyun

Azərbaycan Tacikistan ilə iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:48
19 İyun

Brexit Britaniya iqtisadiyyatına 6 faiz ziyan vurub

18:42
19 İyun

AİİB Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini yüksək qiymətləndirir  

18:40
19 İyun

QDTİB-nin Azərbaycandakı layihələrdə iştirak imkanları dəyərləndirilib

18:39
19 İyun

Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük edilib

18:37
19 İyun

Nazir müavini: Ölkəmizdə sosial müdafiə sistemi inkişaf etdirilir və müasirləşdirilir  

18:35
19 İyun

Dünyada quraqlığa qarşı unikal həll

18:34
19 İyun

Nazir müavini Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

18:33
19 İyun

Meksika, Kanada və İsveçrə pley-offa vəsiqə qazanıblar 

18:24
19 İyun

Çin dünyada texnologiya idarəçiliyi sahəsində aparıcı rola sahiblənib  

18:23
19 İyun

Türkiyə NATO-da yeni təhlükəsizlik modeli təklif edir

18:18
19 İyun

Astara sahilində su hövzələrində təhlükəsizlik mövzusunda təlim keçirilib

18:16
19 İyun

ABŞ-İran danışıqları təxirə salındı  

18:12
19 İyun

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb, idxal və ixrac göstəricilərində fərqli dinamika qeydə alınıb  

18:06
19 İyun

Gürcüstandan Azərbaycana avtomobil ixracında kəskin azalma qeydə alınıb

17:55
19 İyun

İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv edib

17:41
19 İyun

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

17:37
19 İyun

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilib - YENİLƏNİB

17:31
19 İyun

UNICEF: Dünyada təxminən 1,1 milyard uşaq eyni vaxtda ən azı üç iqlim təhlükəsinə məruz qalır

17:29
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!