08 Noyabr 2024 09:30
658
İQTİSADİYYAT
A- A+
Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər


Bu gün  palanetdə baş verən ekoloji problemlər təkcə dövlət və hökumət başçılarını deyil, alimlərdən tutmuş sıravi insanlara kimi hər kəsi rahatsız edir. Həm də təkcə rahatsız etmir, onların aradan qaldırmağın yollarını aramağa məcbur edir. Çünki bilirlər ki, iqlim dəyişmələrinin fəsadları bu gün aradan qaldırılmasa,  planet sabah qarşısıalınmaz  fəlakətlərin qurbanı ola bilər.

Günbəgün artan fəlakətlər - nüvə sınaqları, yer kürəsinin kosmik bəlası adlanan kometalar, meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması, su qıtlığı, ərzaq çatışmazlığı və s. heç kimə sıradan təbiət hadisələri kimi görünməsin. Təkcə bunlarmı? Yox, əlbəttə. Bir siqaret kötüyü 500 kubmetr suyu, bir kiçik batareya 20 kvadratmetr torpağı zəhərləyir. Əgər polietilen torbalardan istifadənin qarşısı tamamilə alınmazsa, torpağı öz əlimizlə ona qurban vermiş olacağıq. 

Hələ uzaq keçmişdə ekologiya ilə bağlı problemlərin aradan qaldırılması ilə təkcə elm yox, dinlər də məşğul olublar. Dünyanın ən nüfuzlu təbiəti mühafizə təşkilatlarından olan World Wide Fund for Nature (Beynəlxalq Təbiəti Mühafizə Fondu) 1986-cı ildə keçirdiyi  konfransda ən böyük dinlərin (islam, xristianlıq, buddizm və hinduizm) liderlərini bir masa ətrafına toplayaraq ekoloji problemlərin həllində onların üzərinə düşən vəzifələrin vacibliyini qeyd etmişdir. "Dərin ekologiya" hərəkatının qurucularından olan norveçli professor Arne Naes də xristian və müsəlmanların müqəddəs kitabları olan İncil və Quranın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən dəyərləndirərkən dinin mövqeyini xüsusi vurğulamışdır. 

Bəli, bu gün bəşəriyyət yaxın keçmişdəki kor-koranə fəaliyyətlərin fəsadları ilə üz-üzə, iç-içədir, səbəbkar da insan özüdür. İslam anlayışına görə, insan ona xidmət edən ətraf mühitin təmizliyi və qorunması ilə maraqlanmalıdır. Əks halda bugünkü iqlim dəyişmələrinin fəsadları gələcək fəlakətlərlə müqayisədə, necə deyərlər, toya getməli ola bilər. Bütün bunlar o deməkdir ki, qlobal sosial problemlərin həllində, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında dinin adı və bu məsələdə oynadığı rol beynəlxalq təşkilatlarla bir sırada göstərilməlidir. 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə COP29 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda dünya dini liderlərinin qlobal 3-cü Bakı Sammiti keçirilmişdir. Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak etmişlər. 

Tədbirdə "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları ətrafında müzakirələr aparılmışdır. Dini liderlər iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalar və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyindən danışmışlar.

Hazırda dünyada hökm sürən münaqişə və konfliktlərin əsas amillərindən biri də dindir. Bəzən məhz dindən istifadə etməklə müharibələr törədilir, minlərlə günahsız insan bu müharibələrdə həlak olur. Bu baxımdan "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilmiş Bakı Sammitinin bir əhəmiyyəti də dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfə verməkdən ibarət olmuşdur. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!