28 Iyul 2024 08:25
98
SİYASƏT
A- A+

Dünya Azərbaycan həqiqətlərinə şahidlik edir

 

Səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərləri ölkəmiz üçün çox əhəmiyyətlidir

 

"Dünya miqyasında 4 böyük səyyah şəbəkəsindən biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyətinin Qarabağa səfəri Azərbaycan üçün çox əhəmiyyətlidir. Əvvəla, bu torpaqların Azərbaycana məxsus olduğunu, ölkəmizin suveren ərazilərində hüquqlarını bərpa etdiyini əyani şəkildə sübut edir. İkincisi isə, erməni vandallarının işğal dövründə torpaqlarımızda törətdikləri vəhşilikləri onlara və onların vasitəsilə dünyaya çatdırırıq". 


Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, indiki qrupa ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrin səyyahları daxildirlər. Bu o deməkdir ki, xalqımızın başına gətirilən müsibətlər, şəhər və kəndlərimizə qarşı həyata keçirilən insanlıqdan uzaq, bəşəriyyətə yad, bu gün dünyanın lənətlədiyi vandalizm aktlarını kimlərin törətdiyi barədə avropalılar, hətta okeanın o tayındakılar məlumat əldə edə biləcəklər. "Səyyahlar səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki böyük dağıntılar və aparılan nəhəng quruculuq-bərpa işləri ilə yerində tanış olmağa imkan əldə edirlər ki, bu da həqiqətlərin dünyaya nümayişində müstəsna əhəmiyyət daşıyır", - deyə o əlavə edib.
A.Hüseynov qeyd edib ki, beynəlxalq səyyahların Qarabağa səyahətinin seçildiyi zaman da çox unikaldır. MTP səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumunda da iştirak edib. Forumda "feyk nyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunun vacibliyi bir daha  vurğulanıb, xarici media orqanlarında dərc olunan yalan məlumatlarla reallığın nə qədər fərqli olduğunu səyyahlar da görüblər. Halbuki, Azərbaycan ötən 30 il ərzində dünyaya həqiqətləri çatdırırdı və buna adekvat cavab alacağını düşünürdü. Amma ermənilərin xaricdəki havadarları elə media üzərindən, həm də dünyanın tanınmış media qurumlarının səhifələrində yalnız yalan informasiyalar yayır və dünyanı inandırmağa çalışırdı ki, Qarabağ Ermənistanındır. 
Deputat vurğulayıb ki, ötən illərdə Qərb ölkələrində məlumatı yalnız birtərəfli qaydada, yəni erməni mənbələrinə istinad edərək əldə edirdilər: "Bu da həqiqətin kimin tərəfində olduğunu öyrənməkdə çətinlik yaradırdı. Amma Qarabağda, Şərqi Zəngəzurda, Göyçədə, Qərbi Zəngəzurda, Dərələyəzdə, ümumiyyətlə, indi Ermənistan adlandırılan, əslində isə, əzəli Azərbaycan torpağı sayılan yurd yerlərimizdə baş verən dəhşətli hadisələr nə qədər vaxt keçsə də unudulmur, unutdurulmur, tarixin səhifələrinə, yaddaşlara köçürülür. Bu baxımdan xarici qonaqların işğaldan azad edilmiş ərazilərə səfərləri vacibdir, reallığı öyrənmək ermənilərin qanunsuz əməllərinə haqq qazandıranlara sərt və tutarlı cavab kimi lazımdır. Bəzi ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində indiyədək tutduğu yanlış yolun, istiqamətin dəyişdirilməsində də bunun əhəmiyyəti böyükdür".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video