Praktiki olaraq, Rusiya ilə ABŞ arasında heç bir ticarət və iqtisadi əlaqələr yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın demək olar ki, bütün xarici məhsullara yüksək gömrük rüsumları tətbiq etmək qərarını şərh edərkən deyib.
D.Peskovun sözlərinə görə, Rusiya yeni rüsumların tətbiq olunduğu ölkələr siyahısına daxil edilməyib, çünki Birləşmiş Ştatlarla bu kontekstdə rəqəmlə ifadə olunacaq ticarət münasibətləri yoxdur. O vurğulayıb ki, mahiyyət etibarilə hazırda iki ölkə arasında heç bir ticarət və iqtisadi əlaqələr mövcud deyil.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Aprelin 5-də universal 10 faizlik tariflər, aprelin 9-da isə bir sıra ölkələr üçün fərdi, artırılmış tariflər qüvvəyə minəcək. ABŞ-da bütün idxal olunan avtomobillərə 25 faizlik rüsum artıq qüvvəyə minib. Bu qərarlarda Rusiyanın adı çəkilmir, çünki Ağ evin də izah etdiyi kimi, artıq qüvvədə olan sanksiyalar Rusiya Federasiyası ilə ticarəti minimuma endirib.
Rusiya Prezidentinin mətbuat katibi İranın nüvə dosyesi mövzusuna da toxunub. O vurğulayıb ki, bütün tərəflər mütləq təmkinli olmalı, İranın nüvə proqramı problemi müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməlidir.
Kremlin sözçüsü, həmçinin bəyan edib ki, ABŞ-la münasibətlərdə ehtiyatlı nikbinlik var ki, bu da başqa şeylərlə yanaşı, Prezidentin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin fəaliyyəti ilə asanlaşdırılır. Onun sözlərinə görə, işlər müxtəlif kanallarla davam edir.
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib
Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub
Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub
Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Rəvan Həsənov: Multikulturalizm dünyada sülhü təşviq etmək üçün əsas vasitədir
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb
Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb
Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb
Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər
Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir
Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib
Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb
Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub
Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm
Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir
Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!