30 Oktyabr 2026 17:31
1346
Səhiyyə
A- A+
Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb


Tərəvəz, meyvə və liflə zəngin qidaların qəbulu diş ətrafı toxumaların iltihabi xəstəliyi olan parodontit riskini azalda bilər. Bu qənaətə Meksikanın Qvadalaxara Universitetinin alimləri gəliblər və onların icmalının nəticələri “Nutrients” jurnalında dərc olunub.

Tədqiqatçılar qidalanmanın yetkin şəxslərdə diş ətinin sağlamlığı ilə əlaqəsini öyrənən 36 elmi işi təhlil ediblər. Onlar ayrı-ayrı vitaminlərin, qida maddələrinin və müxtəlif qidalanma modellərinin parodontitin yaranmasına təsirini araşdırıblar.

Məlum olub ki, kifayət qədər zülal qəbulu diş əti qanaxmasının azalması, rasionda lifin yüksək miqdarı isə diş ətrafı sümük toxumasının daha az itirilməsi və dişlərin tökülmə riskinin aşağı düşməsi ilə əlaqədardır.

Bundan əlavə, C və D vitaminlərinin daha çox qəbulu parodontit riskinin azalması ilə müşayiət olunub. A, E və K vitaminləri, flavonoidlər, tərəvəz və meyvələr üçün də müsbət nəticələr aşkar edilib. Bu məhsulları mütəmadi olaraq istehlak edən insanlarda dişləri saxlayan toxumaların zədələnmə əlamətlərinə daha az rast gəlinib. Ümumi qidalanma rejiminin xüsusi əhəmiyyəti var. İltihab əleyhinə xüsusiyyətlərə malik rasion xəstəlik riskinin azalması, iltihab yaradan qidalanma isə bu riskin artması ilə əlaqələndirilib.

Müəlliflər hesab edirlər ki, qidalanma tövsiyələri parodontitin müalicəsi və profilaktikası üçün faydalı əlavə ola bilər. Bununla belə, nəzərdən keçirilən tədqiqatların əksəriyyəti müşahidə xarakterli olduğundan, aşkar edilən əlaqələr rasionun dəyişdirilməsinin təkbaşına xəstəliyin qarşısını aldığını tam sübut etmir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!