29 Yanvar 2026 08:50
2118
Səhiyyə
A- A+
Diqqət əskikliyi niyə artır?

Diqqət əskikliyi niyə artır?


Son illərdə bəzi insanlar eyni şikayəti dilə gətirirlər. Deyirlər ki, diqqəti cəmləmək əvvəlkindən xeyli çətinləşib. Kitab oxuyarkən telefonun ekranı işıqlanır, iş görərkən mesaj gəlir, bir xəbəri oxumağa başlamışkən elektron poçta baxmaq ehtiyacı yaranır. Bu hal artıq fərdi problem olmaqdan çıxaraq qlobal bir tendensiyaya çevrilib. Araşdırmalar göstərir ki, son 20 ildə insanların bir işə fasiləsiz diqqət yetirə bildiyi vaxt kəskin şəkildə azalıb. Əgər 2000-ci illərin əvvəllərində bu müddət orta hesabla 2,5 dəqiqə idisə, bu gün 40 saniyəyə qədər düşüb.

"National Geographic" jurnalının hesabatına görə, diqqət müddətinin bu qədər qısalması ciddi nəticələrə səbəb olur. Mütəxəssislər diqqətin tez-tez dağılmasının stres səviyyəsini artırdığını, səhvlərin sayını çoxaltdığını və ümumi məhsuldarlığı azaltdığını bildirirlər. Lakin alimlər vurğulayırlar ki, bu proses geri dönməz deyil. Doğru strategiya və düzgün vərdişlərlə diqqəti yenidən gücləndirmək mümkündür.

Diqqət, ümumiyyətlə, zehni müəyyən bir obyektə və ya tapşırığa yönəltmək qabiliyyəti kimi izah olunur. Bu sahədə uzun illər tədqiqat aparan alimlərdən biri, "Diqqət aralığı: balans, xoşbəxtlik və məhsuldarlığı bərpa etməyin yenilikçi yolu" kitabının müəllifi Qloriya Mark diqqətin iki əsas növünün olduğunu bildirir. Birincisi, qeyri-ixtiyari diqqətdir. Bu, qəfil səs, parlaq işıq və ya ani hərəkət kimi xarici stimullara refleksiv reaksiyamızdır. İkincisi isə, diqqətin cəmlənməsidir. Yəni şüurlu şəkildə müəyyən bir tapşırığa fokuslana bilmə qabiliyyətidir. Alimlər diqqət müddətini ölçərkən, əsasən, məhz bu ikinci növü araşdırırlar.

Qloriya Mark 2000-ci illərin əvvəllərindən etibarən insanların bir tapşırığa nə qədər müddət diqqət yetirdiyini araşdırıb. İlk tədqiqatlarda iştirakçılar ofis şəraitində birbaşa izlənilib. Sonrakı illərdə isə kompüterlərdə davranışları analiz edən xüsusi proqram təminatlarından istifadə olunub. Markın sözlərinə görə, 2003-cü ildə aparılan araşdırmalarda insanların bir tapşırığa orta hesabla 2,5 dəqiqə diqqət yetirdiyi müəyyən edilib. Son beş ildə aparılan tədqiqatlar isə bu müddətin 40 saniyəyə düşdüyünü göstərib.

Alim vurğulayıb ki, bu nəticələr insanların diqqət toplamaq qabiliyyətinin tamamilə zəiflədiyini göstərmir. Əslində, bu göstəricilər gündəlik həyatda diqqətin nə qədər tez-tez kəsildiyini əks etdirir. Çünki əksər tapşırıqlar 

40 saniyədən daha uzun vaxt tələb edir. Diqqətin bu qədər tez dəyişməsi isə insanların başladığı işi yarımçıq qoyub başqa bir işə keçməsinə səbəb olur. Bu keçidlər zahirən zərərsiz görünsə də, beyində ciddi idrak yükü yaradır.

Marka görə, insan zehni hər yeni tapşırıq üçün xüsusi bir sxem formalaşdırır. Diqqət başqa bir işə yönəldikdə, əvvəlki sxem tərk edilir və yenisi aktivləşir. Bu proses enerji və səy tələb edir. Üstəlik, diqqət dəyişdikdən sonra əvvəlki tapşırığın izləri tamamilə silinmir. Mark bu vəziyyəti "diqqət qalığı" adlandırır. Onun sözlərinə görə, bu hal ağ lövhənin silinməsinə bənzəyir, yəni lövhə nə qədər təmizlənsə də bəzi izlər qalır. Həmin izlər yeni tapşırığa mane olur və diqqəti zəiflədir.

2024-cü ildə aparılan laboratoriya tədqiqatları da bu fikri təsdiqləyib. Araşdırmalar göstərib ki, tapşırıqlar arasında tez-tez keçid performansı yavaşladır və səhvlərin sayını artırır. Bu isə çoxtapşırıqlılığın birbaşa idrak xərci olduğunu sübut edir. Bir çox insan eyni anda bir neçə işi görə bildiyini düşünsə də, alimlər bunun mümkün olmadığını bildirirlər.

Mayami Universitetinin psixologiya professoru Amişi Jha qeyd edir ki, insan beyni eyni anda yalnız bir tapşırığa diqqət yetirə bilər. Onun sözlərinə görə, diqqət təkamül baxımından informasiyanı seçmək və prioritetləşdirmək ehtiyacından yaranıb. "Beynimiz hər şeyi eyni anda emal edə bilmir. Diqqət projektor kimidir, yalnız bir sahəni işıqlandırır, qalanını isə kölgədə saxlayır. Bizim yalnız bir fənərimiz var və onu eyni vaxtda iki istiqamətə yönəldə bilmərik", - deyə Jha bildirir.

Alimlər vurğulayırlar ki, çoxtapşırıqlılıq, əslində, sürətli tapşırıq dəyişikliyindən başqa bir şey deyil və bu, diqqət resurslarını ən səmərəsiz şəkildə xərcləmək deməkdir. Bəzi tədqiqatlara görə, tapşırıqlar arasında keçid məhsuldarlığı 40 faizə qədər azala bilər. Elə buna görə də eyni anda bir neçə iş görə bilən insanlar diqqət nəzarəti testlərində, adətən, daha zəif nəticə göstərirlər.

Mütəxəssislər diqqəti qorumağın mümkün olduğunu deyirlər. Qloriya Marka görə, ilk addım insanın öz "diqqət pikləri"ni müəyyən etməsidir. Bunun üçün bir neçə gün ərzində hansı saatlarda daha ayıq və fokuslu olduğunuzu müşahidə etmək kifayətdir. Məhz bu vaxtlarda diqqət tələb edən işləri görmək daha effektiv nəticə verir. Həmin dövrlərdə bildirişləri söndürmək, sosial mediadan uzaq durmaq və fasilələri minimuma endirmək tövsiyə olunur. Eyni zamanda planlaşdırılmış fasilələr də diqqət üçün vacibdir. Xüsusilə fiziki hərəkətlərlə müşayiət olunan fasilələr beynin bərpasına kömək edir. Mütəxəssislər təbiətdə qısa gəzintilərin diqqəti yenilədiyini bildirirlər.

Bir çox insan üçün 25 dəqiqə fasiləsiz iş və 5 dəqiqəlik fasilədən ibarət Pomodoro texnikası effektiv üsul sayılır. Bundan əlavə, diqqətlilik məşqləri də diqqəti birbaşa gücləndirən üsullardan biridir. Amişi Jha həftədə ən azı dörd dəfə 12 dəqiqəlik diqqətlilik məşqlərinin yaddaşı və stresə davamlılığı artırdığını qeyd edir.

Jhanın sözlərinə görə, diqqətlilik zehnin "fənər"ini idarə etməyi öyrədir. Nəfəsə diqqət yetirmək, zehinin yayındığını hiss edib yenidən tapşırığa qayıtmaq diqqət əzələsini məşq etdirir. Zamanla bu bacarıq fiziki məşqlər kimi inkişaf edir.

Mütəxəssislər yekdil fikirdədirlər ki, diqqət itirilən deyil, zəifləyən bir qabiliyyətdir. Düzgün şərait, şüurlu vərdişlər və davamlı məşqlərlə bu "zehni əzələ"ni yenidən gücləndirmək mümkündür. Müasir dünyanın səs-küyü içində fokuslanmaq çətin olsa da, bu mümkünsüz də deyil.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!