07 Mart 2026 23:07
1010
SİYASƏT
A- A+
Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışında TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

İran İslam Respublikasının ərazisindən Türkiyənin ərazisini hədəf alan raket hücumu və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq, bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

İran tərəfinin baş verən hadisələri hərtərəfli araşdırması, cavabdeh şəxsləri məsuliyyətə cəlb etməsi və bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsinin gözlənildiyi qeyd olunub.

Fələstin münaqişəsi və Qəzza bölgəsindəki vəziyyət kontekstində Azərbaycan tərəfindən məsələnin beynəlxalq hüquq və müvafiq BMT qətnamələrinə əsaslanaraq iki dövlət prinsipi əsasında həlli variantının dəstəkləndiyi bir daha vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən danışan nazir 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdən sonra regionda davamlı sülhün əldə olunması üçün tarixi imkanın yarandığını bildirib.

TDT çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinə toxunularaq, Azərbaycan sədrliyinin təşkilatın institusional potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyi bildirilib. Bu kontekstdə, TDT-nin ötən il Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən təsis edilmiş “OTS+” formatının əhəmiyyəti vurğulanıb. Sözügedən mexanizmin nəqliyyat dəhlizləri, logistika, enerji təhlükəsizliyi, ticarət, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi sahələrdə TDT ilə qeyri-üzvü ölkələr və beynəlxalq təşkilatlar arasında layihə əsaslı əməkdaşlığın genişləndirilməsi üçün çevik platforma yaradacağı diqqətə çatdırılıb.

Cari ilin birinci yarısında keçiriləcək mühüm tədbirlərdən bəhs edilərək, təşkilata sədrliyi çərçivəsində Azərbaycanın 2026-cı il aprelin 2-də TDT Baş nazirləri/Vitse-prezidentlərinin ikinci görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Bundan əlavə, cari ilin aprelin 17-19-da keçiriləcək Antalya Diplomatiya Forumunun, may ayında Qazaxıstanın Türküstan şəhərində təşkili planlaşdırılan TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşünün, eləcə də Bakıda təşkil olunacaq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirinin ölkələrimiz üçün əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) TDT üzv dövlətlərinin fəal iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov çıxışının yekununda Türk dünyasına yaxınlaşmaqda olan Novruz və Ramazan bayramları münasibətilə təbriklərini çatdıraraq, qardaş xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhlükəsizlik kəməri həyat qurtarır

10:49
11 Aprel

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar  

09:01
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!