14 Aprel 2026 08:30
313
SİYASƏT
A- A+
Azərbaycan mehriban qonşuluq prinsiplərinə dəyər verən dövlətdir

Azərbaycan mehriban qonşuluq prinsiplərinə dəyər verən dövlətdir


İrandakı səfirliyimizin fəaliyyətinin bərpa edilməsi rəsmi Bakının diplomatik dialoqa böyük töhfəsidir


Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində hər zaman qarşılıqlı hörmət, suverenlik və mehriban qonşuluq prinsiplərinə sadiq qalan məsuliyyətli tərəfdaş kimi tanınır. Aprelin 12-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin fəaliyyətini bərpa etməsi rəsmi Bakının regional sülhə və diplomatik dialoqa verdiyi növbəti strateji töhfədir.

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, xüsusilə diqqətçəkən məqam səfirliyimizin fəaliyyətə başlamasının regionda hərbi əməliyyatların dayandırılmasından və ikihəftəlik atəşkəsin elan olunmasından dərhal sonraya təsadüf etməsidir: "Bu zamanlama təsadüfi olmayıb, Azərbaycanın çətin anlarda humanitar və siyasi dəstəyini əsirgəməyən, qonşuluq münasibətlərinə xüsusi önəm verən dövlət olduğunun bariz nümunəsidir. Azərbaycan bir daha sübut etdi ki, o, təkcə xoş günlərin deyil, həm də sınaq anlarının etibarlı qonşusudur".

Deputat diqqətə çatdırıb ki, səfirliyin fəaliyyəti hazırkı mərhələdə təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınmaqla, mərhələli şəkildə tənzimlənir. İlkin dövrdə məhdud sayda diplomatik və inzibati heyətlə işə başlayan missiyanın əsas məqsədi tərəflər arasında etimad mühitini möhkəmləndirmək və birbaşa ünsiyyət kanallarını rəsmi müstəvidə canlandırmaqdır. Bu yanaşma prosesin tam sabit və sistemli şəkildə idarə olunmasına xidmət edir. "Ölkəmiz regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini bir daha qətiyyətlə bəyan edir. Səfirliyin açılması, sadəcə, diplomatik binanın fəaliyyətinin bərpası deyil, həm də regiondakı gərginliyin azaldılmasına, iqtisadi-tranzit əlaqələrinin gələcək inkişafına və təhlükəsizlik mühitinin möhkəmlənməsinə yönəlmiş iradənin göstəricisidir", - deyə deputat əlavə edib. 

K.Bayramov qeyd edib ki, Azərbaycanın bu strateji addımı regionun gələcək simasını müəyyən edən yeni əməkdaşlıq formatlarının formalaşması üçün münbit və etibarlı zəmin hazırlayır. Onun sözlərinə görə, diplomatik münasibətlərin bərpası təkcə iki ölkə arasındakı bağları deyil, həm də bütün bölgədə qarşılıqlı etimada söykənən inteqrasiya proseslərini stimullaşdırır. Bu qərar rəsmi Bakının Cənubi Qafqazda və onun hüdudlarından kənarda davamlı sülhün əldə olunması, gərginlik ocaqlarının aradan qaldırılması və konstruktiv dialoqun qurulması istiqamətindəki aparıcı rolunu bir daha qətiyyətlə təsdiqləyir. Beləliklə, Azərbaycan növbəti dəfə nümayiş etdirir ki, o, regionda sabitliyin əsas təminatçısı və sülh quruculuğu proseslərinin mərkəzi aktoru qismində çıxış edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zərifə Əliyevanın elmi nailiyyətləri bugünkü və gələcək nəsillər üçün örnəkdir

14:25
14 Aprel

Çin “Lijian-1” raketi ilə orbitə 8 peyk çıxarıb

14:08
14 Aprel

Birinci rübdə neft-qaz sektoru üzrə 10 milyard manata yaxın sənaye məhsulu istehsal edilib

14:01
14 Aprel

Türkiyə siyasətçisi Ankaranın iştirakı ilə Ümumdünya Sülh Şurasının yaradılmasına çağırıb

13:54
14 Aprel

Yağış insan psixologiyasına necə təsir edir? - mütəxəssis izah edir

13:48
14 Aprel

Türk ekspert: Yaxın Şərqdəki risklər fonunda Orta Dəhlizin əhəmiyyəti artır  

13:39
14 Aprel

BTQ: Qvadelupada baş vermiş ölüm hadisəsi cəmiyyətdə ciddi narahatlıq yaradıb  

13:18
14 Aprel

Sabah bəzi yerlərdə arabir yağış yağacaq, duman müşahidə ediləcək

13:13
14 Aprel

Tədqiqat: Süni intellekt ilkin diaqnozların azı 80 faizində səhvə yol verir  

13:09
14 Aprel

Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNİB

13:08
14 Aprel

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialının açılışı olub

13:06
14 Aprel

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

13:01
14 Aprel

Media: İran-ABŞ danışıqlarının yeni mərhələsi Türkiyədə və ya Misirdə keçirilə bilər  

12:57
14 Aprel

Türkiyənin enerji naziri: Türkmənistandan təbii qazı Azərbaycandan boru kəməri ilə tədarük etməyi planlaşdırırıq  

12:42
14 Aprel

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

12:41
14 Aprel

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib YENİLƏNƏCƏK  

12:38
14 Aprel

Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayır

12:33
14 Aprel

Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib 

12:21
14 Aprel

Azərbaycanda “Ədalətli İdman Ayı”na start verilir

12:16
14 Aprel

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

12:16
14 Aprel

İsraildə raket hücumları nəticəsində yaralananların sayı açıqlanıb

12:10
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!