07 Mart 2026 22:31
1715
SİYASƏT
A- A+
TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurası martın 7-də İstanbulda çağırılıb və regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insan iztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlara səbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlar artması barədə ətraflı məsləhətləşmələr həyata keçirib.

Nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onun dağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədə sabitliyi pozan bütün hərəkətləri pisləyiblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanatında əksini tapıb.

Bəyanatda, həmçinin bildirilib: "Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansı təhdidin bütün Təşkilat üçün narahatlıq doğurduğunu vurğulayıblar və güc tətbiqinin yolverilməzliyini və suverenlik və ərazi bütövlüyü kimi universal prinsiplərə riayət etməyin vacibliyini qeyd ediblər.

Nazirlər İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyiblər.

Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlik coğrafiyasını genişləndirmə riskini daşıyan bu kimi məsuliyyətsiz hərəkətlərin təkrarlanmamasına dair çağırış ediblər.

Nazirlər bu çərçivədə Türkiyə və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə güclü dəstəklərini ifadə ediblər və hər iki ölkənin xalqları və hökumətləri ilə tam həmrəy olduqlarını bir daha təsdiqləyiblər.

Onlar Yaxın Şərqdə sabitliyin bütün region və onun xalqlarının tərəqqisi və rifahı üçün zəruri olduğunu vurğulayıblar.

Nazirlər ziddiyyətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dialoq vasitəsilə dinc yollarla həllinin vacibliyini vurğulayıblar.

Onlar eskalasiyanın dərhal azaldılması, qarşıdurmaların dayandırılması və dinc həllə doğru aparan yeganə mümkün yol kimi diplomatiyanın və konstruktiv dialoqun həlledici əhəmiyyətini qeyd ediblər.

Nazirlər bütün tərəfləri maksimum təmkin göstərməyə, danışıqlar masasına qayıtmağa və bütün fikir ayrılıqlarının dinc diplomatik vasitələrlə həllinə yönəlmiş xoşməramlı danışıqlarda iştiraka çağırıblar.

Nazirlər qarşıdurmaların davam etməsinin regional sülh və təhlükəsizliyə birbaşa təhdid yaratdığını vurğulayıblar.

Onlar, həmçinin böhranın qlobal ölçülərini diqqətə çatdırıblar. Nazirlər strateji cəhətdən mühüm olan bu bölgədə uzun müddət davam edən qeyri-sabitliyin beynəlxalq sülh və təhlükəsizlik, o cümlədən qlobal enerji bazarları, ticarət marşrutları, ərzaq təhlükəsizliyi və miqrasiya axınlarında potensial pozulmalar baxımından regionun hüdudlarından kənardakı ölkələrə təsir göstərə biləcək ciddi risklər daşıdığını qeyd ediblər.

Onlar bundan əlavə müvafiq BMT qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında Fələstin münaqişəsinin ədalətli, davamlı və hərtərəfli həllinə və bu kimi ədalətli və davamlı həllin tapılmasına və Fələstin xalqının, xüsusən də Qəzzada üzləşdiyi humanitar iztirablarının aradan qaldırılmasını qarşısına məqsəd qoyan beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq edilməsinə sadiqliklərini yeniləyiblər.

Nazirlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüquqa sarsılmaz sadiqliklərini bir daha təsdiqləyərək, TDT-nin regionda sülhün və sabitliyin bərpasına yönəlmiş bütün həqiqi beynəlxalq səyləri dəstəkləməyə hazır olduğunu bildiriblər.

Nazirlər məsələni diqqətdə saxlamağa və bu və ortaq narahatlıq doğuran digər əlaqədar məsələlər üzrə TDT çərçivəsində sıx koordinasiyanı davam etdirməyə razılaşıblar.

Nazirlər qətiyyətlə sülh, dialoq və sabitliyə tərəfdar olduqlarını bildiriblər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zorakılıqdan zərərçəkənlərin müdafiəsi vahid və fasiləsiz fəaliyyət zənciri əsasında təmin olunmalıdır

16:08
25 Noyabr

Lukaşenko Belarusun növbəti prezidentinin də xalq tərəfindən seçiləcəyini bildirib

15:59
25 Noyabr

Maka Boçorişvili: Azərbaycana səfərim ən yüksək səviyyədə keçdi

15:34
25 Noyabr

Erkin Qadoyev: Özbəkistan və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi artıb

15:23
25 Noyabr

Donald Tramp ABŞ-nin ilk müsəlman senatorunu “ağıllı oğlan” adlandırıb  

15:21
25 Noyabr

Hikmət Çətinin ailəsinə

15:03
25 Noyabr

Kəlbəcər yeni inkişaf dövrünə qədəm qoyub

14:51
25 Noyabr

Dövlət proqramının icrası ilə bağlı Samuxda monitorinq keçirilib  

14:31
25 Noyabr

Türkiyənin 60 vilayətində keçirilən əməliyyatlarda 280 şübhəli saxlanılıb

14:27
25 Noyabr

Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb  

14:25
25 Noyabr

Litvalı nazir: Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik  

14:21
25 Noyabr

Nazir: Litvanın Aİ Şurasına sədrliyi viza prosedurlarının sadələşdirilməsi üçün fürsət yaradır 

14:17
25 Noyabr

Çin şirkəti ilə Günəş-külək enerjisi layihələri və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb  

14:12
25 Noyabr

“Microsoft” görünməmiş nasazlıqdan sonra “qırmızı təhlükə səviyyəsi” elan edir  

14:09
25 Noyabr

Litva Azərbaycanla viza rejiminin sadələşdirilməsi və Aİ ilə strateji tərəfdaşlıq məsələlərini gündəmə gətirib 

14:03
25 Noyabr

Kestutis Budris: Mənə Azərbaycana səfər edərək konkret nəticələrə nail olmaq tapşırılıb 

14:01
25 Noyabr

Nazir: Litvada 800-ə yaxın azərbaycanlı tələbə təhsil alır

13:46
25 Noyabr

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sistemlərində kibertəhlükəsizlik pozuntusu baş verdiyi iddia olunur  

13:32
25 Noyabr

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür 

13:29
25 Noyabr

Futbol tarixində bu gün: Əfsanəvi Dieqo Maradona vəfat edib  

13:23
25 Noyabr

Viktor Yuşşenko: Azərbaycan son bir neçə ildə mühüm nəticələrə nail olub

13:17
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!