04 Noyabr 2026 17:41
352
DÜNYA
A- A+
Dinozavr sümüyündə fosilləşmiş qırmızı qan hüceyrələri aşkarlanıb

Dinozavr sümüyündə fosilləşmiş qırmızı qan hüceyrələri aşkarlanıb


“Aratasaurus” sümüyü üzərində aparılan kimyəvi analizlər nəticəsində qandakı hemoqlobinə oksigeni bədən boyunca daşımağa imkan verən üzvi birləşmənin mövcudluğu müəyyənləşib. Qədim dinozavr sümüklərini tədqiq edən alimlər, ehtimal ki, daşlaşmış qırmızı qan hüceyrələrini və həmin canlının qanına özünəməxsus al-qırmızı rəngi verən molekulun izlərini aşkar ediblər. Tədqiqatçılar iddia edirlər ki, 115 milyon il əvvəl indiki Braziliyanın şimal-şərq hissəsində yaşamış və orada da məhv olmuş "Aratasaurus" adlı kiçik, ətyeyən dinozavrın arxa ətraf sümüklərini təhlil etdikdən sonra məhz bunu əldə ediblər.Bu cür iddialar mübahisəlidir, çünki bioloji toxumalar və molekullar tez parçalana bilir və qədim qalıqlarda çox az iz qoyur, yaxud heç iz qoymur. Lakin bu iddialar təsdiqlənərsə, elm adamları üçün tamamilə yeni imkanlar açılacaq. Onlar dinozavrların qanını, maddələr mübadiləsini və hətta fəallıq səviyyələrini tədqiq edə biləcəklər.

Tədqiqat qrupuna rəhbərlik edən Qərbi Avstraliyadakı “Curtin” Universitetindən professor Kliti Qrays bildirib ki, dinozavrın ilkin biologiyasının mineral və molekulyar əks-sədasını müşahidə edirlər. Hemoqlobinin tərkib hissəsi ilə əlaqəli xüsusi kimyəvi quruluşa malik fosilləşmiş qırmızı qan hüceyrələri indiyədək heç bir qalıqda  aşkar edilməyib. Bu, dünyada ilk haldır.

“Aratasaurus”un daşlaşmış qalıqları 2008-ci ildə bir mədəndə aşkar edilib və o vaxtdan bəri Braziliya Milli Muzeyində saxlanılır. Tədqiqatçılar burada onları öyrənməyə davam edirlər. Dinozavrın arxa ətraf sümüklərini təhlil edərkən Qrays  qırmızı qan hüceyrələrinə bənzəyən strukturlar aşkar edib. Alimlərin müşahidə etdikləri obyektlərin qırmızı qan hüceyrələri olması barədə şübhələri kimyəvi analizlər nəticəsində hemoqlobinin tərkib hissəsi və onun parçalanma məhsullarının aşkar edilməsi ilə daha da güclənib. Analizlər, həmçinin birləşdirici və digər toxumalarda əsas zülal olan kollagenin tərkib hissəsi sayılan amin turşularının izlərini də üzə çıxarıb.

Əgər tədqiqatçıların iddia etdiyi kimi, bu strukturlar həqiqətən də fosilləşmiş qırmızı qan hüceyrələridirsə, o zaman onların necə qorunub saxlanması sualı ortaya çıxır. Qraysın fikrincə, qan hüceyrələrinin daxilində və ətrafında əmələ gələn hausmannit adlı manqan birləşməsi fosilləşmədən əvvəl hüceyrələri stabilləşdirməklə onların qorunub saxlanmasına kömək etmiş ola bilər. O əlavə edib ki, eyni proses amin turşularının da qorunub saxlanmasına yardım edə bilər.  


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!