17 İyul 2026 17:37
632
İQTİSADİYYAT
A- A+
Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

Geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb


İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. Nazir Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovun iştirakı ilə keçirilən iclasda ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Dövlət başçıları tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin qarşılıqlı ticarətin və regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə təşəbbüslərin maliyyələşdirilməsində rolu, sənaye kooperasiyasının inkişafı, geoloji kəşfiyyat və energetika sahələrində əməkdaşlıq qeyd olunub. Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir. Qarşılıqlı ticarətin və ixrac imkanlarının genişləndirilməsi, strateji investisiya layihələrinin icrası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Sənaye, energetika, tikinti, infrastruktur, kənd təsərrüfatı, avtomobil istehsalı, turizm və şəhərsalma, dağ-mədən və metallurgiya, nəqliyyat-logistika və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsi, işbirliyinin möhkəmləndirilməsi imkanları diqqətə çatdırılıb.

İclasın yekununda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.

Həmçinin “AzerGold” QSC, Özbəkistanın “Uzbekgeologorazvedka” SC şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb. Birgə təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması və iqtisadi cəhətdən səmərəli investisiya layihələrinin hazırlanması istiqamətində tərəfdaşlığı nəzərdə tutur. Layihənin dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan sənaye və investisiya əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

09:05
17 Avqust

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

08:43
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!