16 Oktyabr 2025 08:10
387
SİYASƏT
A- A+
Çoxvektorlu xarici siyasətin uğuru

Çoxvektorlu xarici siyasətin uğuru


Azərbaycan Prezidentinin Yaxın Şərq Sülh Sammitinə dəvəti  bəşəri dəyərlər naminə müdrik qərardır


Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri ölkəmizin qlobal siyasətdə artan nüfuzunun və beynəlxalq proseslərə aktiv təsir imkanına malik və ümumbəşəri problemlərin həllində iştirak edən dövlətə çevrilməsinin göstəricisidir.

Müasir dövrdə dünyada qütblərarası ziddiyyətlərin və ayırıcı xətlərin dərinləşməsi fonunda baş verən sürətli dəyişikliklərin hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsinin, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsinin zərurətə çevrilməsi şəraitində Qəzza zolağında daimi atəşkəsin əldə edilməsi, regional sülh və sabitliyin bərqərar edilməsi istiqamətində diplomatik səylərdə mühüm mərhələ olan Yaxın Şərq Sülh Sammiti, heç şübhəsiz ki, son dövrlər qlobal müstəvidə əsas siyasi səhifə sayılır. Bu səhifənin önəmli aktorlarından biri kimi Azərbaycanın çıxış etməsi isə ölkəmizin çoxvektorlu xarici siyasətinin uğuru olmaqla yanaşı, uzun dövr ərzində atılan qətiyyətli addımların və həyata keçirilən düzgün və praqmatik gedişlərin göstəricisidir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, siyasi və iqtisadi müstəqilliyi, o cümlədən milli iradə tərəfindən idarə olunması Azərbaycan Respublikasına da bu reallıqları sağlam formada dəyərləndirməyə imkan verir və ölkəmiz müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını, daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarını bütün rakurslardan müəyyənləşdirə bilib: "Azərbaycan hər zaman bu strateji problemin həllini güclü olmaqda, eyni zamanda əməkdaşlıq və dialoq mühitinə inamında görüb. Təsadüfi deyil ki, dövlətimiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi 6 konstitusion niyyətindən biri kimi müəyyən edib. Həmçinin milli maraqların Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarət olmaqla bərabər, həm də hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri ehtiva etməsi, başqa dövlətlərlə münasibətlərini məhz bu prinsiplər əsasında qurması, ölkəmizin başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi, beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdüyü beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsi kimi hədəflərimizin səmimiliyinə şübhə yaratmır".

Deputat vurğulayıb ki, Yaxın Şərq Sülh Sammitinə məhdud çərçivədə yalnız proseslərə təsir imkanına malik dövlətlər dəvət edilib. Azərbaycan Respublikası beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapmış prinsipləri rəhbər tutaraq, hərbi-siyasi yolla Qarabağ münaqişəsinə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə özünü qlobal miqyasda təsir imkanına malik orta güc kimi təsdiq edə bilib. Eyni zamanda ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, habelə Qoşulmama Hərəkatına sədrliyi, eləcə də COP29 kimi nüfuzlu, qlobal miqyaslı tədbirlərə evsahibliyi dövlətimizə münasibətdə etimad mühitinin formalaşdığını göstərməkdədir. Xüsusən Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində hərbi-siyasi yolla əldə etdiyi böyük zəfərlə Cənubi Qafqazda sülh və təhlükəsizliyə nail olması beynəlxalq ictimaiyyəti ölkəmizə sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində təcrübəsinə müraciət edilə biləcək subyekt kimi yanaşmağa vadar edir. "Bu mənada Prezident İlham Əliyevin yeni reallıqların yaradıcısı, sülh, sabitlik və əməkdaşlıq mühitində ehtiva olunan konfiqurasiyanın memarı qismində təcrübəsinə müraciət edilməsi üçün Yaxın Şərq Sülh Sammitinə dəvət olunması gözlənilməz hesab edilə bilməz. Azərbaycan BMT çərçivəsində tərəfdaşlığı bütövlükdə Avroatlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Bu çərçivədə ölkəmiz o cümlədən ABŞ ilə tərəfdaşlığa hər zaman böyük perspektivə malik istiqamət kimi baxıb və antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində uğurla əməkdaşlıq edib. Ötən dövr kifayət qədər mürəkkəb tarixi inkişaf yolu keçmiş ABŞ-Azərbaycan münasibətlərini təhlil etsək, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin 20 gün öncə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri və bu səfərin özlüyündə məhz xüsusi dəvətlə reallaşması münasibətlərimizdə tam yeni bir səhifədir", - deyə deputat əlavə edib. 

B.Məhərrəmov bildirib ki, proseslərin gedişindən də göründüyü kimi, Prezident İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıq şəraitində ABŞ-Azərbaycan münasibətləri özünün ən effektiv inkişaf dövrünə qədəm qoyub. Xüsusən liderlər səviyyəsində əlaqələrin intensiv xarakter daşıması və qarşılıqlı hörmət, habelə strateji səviyyəyə yüksələn münasibətlər ciddi perspektiv vəd etməkdədir. İkinci dəfə hakimiyyətə gəldikdən sonra əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yönəltmiş Prezident Donald Tramp bu prosesin nə qədər ağır və diplomatik məharət tələb edən səylər məcmusu olduğunu yaxşı başa düşür. Bu mənada Tramp anlayır ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada mütləq qələbəyə əsaslanan hərbi-siyasi yolla de-fakto sülhə və dayanıqlı təhlükəsiz mühitə nail olmaq sadə məsələ deyil. Prezident İlham Əliyevin qlobal miqyasda Azərbaycanın ikili standartlara məruz qalmasına, beynəlxalq ictimaiyyətin faktiki olaraq işğala, təcavüzə və separatizmə, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin köklü pozuntusuna göz yumması şəraitində arzuolunan nəticələrə nail olması eyni məqsədi özünə hədəf seçmiş ABŞ Prezidentinin diqqətindən kənarda qala bilməzdi. Bu mənada istər özünün sosial media səhifələrində, istər beynəlxalq tədbirlərdə, o cümlədən Yaxın Şərq Sülh Sammitindəki çıxışında Trampın Prezident İlham Əliyevin ünvanına xoş sözlər söyləyərək onu böyük lider adlandırması təsadüf hesab edilə bilməz. 

Deputat qeyd edib ki, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə və sərhədlərin delimitasiya və demarkasiyasına yönəlik qəti addımların realizəsi şəraitində Prezident İlham Əliyevin qlobal miqyaslı liderlik qabiliyyəti şübhə doğurmur: "Lakin ABŞ Prezidenti tərəfindən bunun bir daha dilə gətirilməsi Soros-Demokratlar iqtidarının, o cümlədən digər çoxsaylı qərəzli subyektlərin fiaskosu deməkdir. Sirr deyil ki, Azərbaycan ABŞ-nin ötən dövrkü administrasiyası tərəfindən ədalətsiz yanaşmalarla üzləşib, beynəlxalq arenada məqsədli formada haqsız vəziyyətlərə düşürülməyə çalışılıb. Amma Donald Tramp indiki məqamda Azərbaycanın əhəmiyyətini, xüsusən proaktiv, balanslaşdırılmış xarici siyasət kursunun uğurlu istiqamətlərini aydın şəkildə görən kifayət qədər praqmatik siyasətçidir və qarşılıqlı bərabərhüquqlu əməkdaşlıq çərçivəsində hansı nailiyyətlər, hansı uğurların bizi gözlədiyini aydın qiymətləndirə bilir və Amerikanın maraqlarının yalnız bu şəkildə təmin ediləcəyini haqlı olaraq başa düşür. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində də ifadə etdiyi kimi, bu ilk növbədə ona görədir ki, cənab Tramp Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. Yəni əgər əvvəlki dövrdə Amerika-Azərbaycan münasibətləri Azərbaycan-Ermənistan və yaxud Amerika-Ermənistan prizmasından qiymətləndirilirdisə, Donald Tramp praqmatik siyasətçi kimi bu prosesləri birbaşa, yəni real vəziyyəti qiymətləndirərək dəyərləndirə bilir".

B.Məhərrəmov deyib ki, Prezident Donald Tramp eyni məntiqdən çıxış edərək hazırkı geosiyasi gedişatda Azərbaycanın qlobal siyasətdə güclənən mövqeyi və artan təsir imkanları fonunda ölkəmizin bəşəri miqyasda sülh və təhlükəsizliyə mümkün töhfələr perspektivlərini doğru proqnozlaşdıra bilir. Bu mənada Azərbaycanın artıq yeni reallıqlar yaratdığı bir şəraitdə Donald Trampın məsələyə daha praqmatik yanaşması, bu bölgədə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olduğunu göstərməsi, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olunmasında Azərbaycanın potensialına istinad edilməsi, yeni reallıq yaratmış çox azsaylı liderlərdən biri kimi Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi yalnız Azərbaycan adına yox, qlobal sülh və sabitlik, o cümlədən bəşəri dəyərlər naminə müdrik qərardır və həllyönümlü, effektiv nəticəyə aparan səmimi məqsədin nümayişidir.


Ə.QARDASXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

14:56
11 Noyabr

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!