05 Avqust 2025 01:07
19220
Qanunlar
A- A+
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.1.6-cı maddədən "müvafiq icra hakimiyyəti orqanlarının və" sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 1.1.12-5-ci maddə əlavə edilsin:

"1.1.12-5. dividend - dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;";

1.3.1.1.24-cü maddədən "mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri," sözləri çıxarılsın;

1.4.1.1.37-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.38-ci maddə əlavə edilsin:

"1.1.38. uzunmüddətli dövr - beş və daha çox ili əhatə edən dövr.".

2.5.4-cü maddədə "növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir" sözləri "vahid xəzinə hesabının sərbəst qalığına köçürülür" sözləri ilə əvəz edilsin.

3.9-cu maddə üzrə:

3.1. 9.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"9.1.3. dividendlər;";

3.2. aşağıdakı məzmunda 9.1.3-1-ci maddə əlavə edilsin:

"9.1.3-1. digər gəlirlər.".

4. 10-cu maddə üzrə:

4.1. 10.1-ci maddə üzrə:

4.1.1. 10.1.1-ci maddədən "faiz üzrə ödənişlər," sözləri çıxarılsın;

4.1.2. 10.1.2-ci maddədə "və səhmlərin alınması" sözləri ", səhmlərin alınması və layihələrdə iştirak payı" sözləri ilə əvəz edilsin;

4.1.3. 10.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"10.1.3. borca xidmət üzrə xərclər.";

4.2. 10.3-cü maddənin ikinci cümləsinə "18.4-cü" sözlərindən sonra ", 18.4-1-ci" sözləri əlavə edilsin.

5. 11.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.".

6. 11-1-ci maddə üzrə:

6.1. 11-1.1-11-1.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"11-1.1. Ortamüddətli və uzunmüddətli dövr üzrə makrofiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin və dövlət borcunun idarəedilməsi məqsədilə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər 4 ildən bir ortamüddətli dövrün sonu üçün müəyyən edilir. 

11-1.2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin növbəti ortamüddətli dövrün sonuna hədəflənən yuxarı hədləri başa çatan ortamüddətli dövrün sonuncu ilində müəyyən edilir.    

11-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq ortamüddətli dövrün sonuna müəyyən edilmiş yuxarı həddini rəhbər tutaraq həmin ortamüddətli dövrün illəri üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə əməliyyat (aralıq) hədəflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla formalaşdırır və müvafiq illərin icmal və dövlət büdcəsinin layihələrinin tərtibi zamanı nəzərə alır.";

6.2. 11-1.4-cü maddə ləğv edilsin.

7. 12.1.3-cü maddəyə "istiqamətləri" sözündən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri" sözləri əlavə edilsin.

8. 16-cı maddə üzrə:

8.1. 16.1.6-cı maddədə "və iqtisadi təsnifata uyğun olaraq paraqraflar" sözləri "təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə" sözləri ilə əvəz edilsin;

8.2. 16.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;".

9. aşağıdakı məzmunda 18.4-1-ci maddə əlavə edilsin:

"18.4-1. Bu Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.".

10.19-cu maddə üzrə:

10.1. 19.2-ci maddə üzrə:

10.1.1. birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Büdcə ili ərzində bu Qanunun 18.4-cü və 19.6-cı maddələrinə uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə  müvafiq əks etdirilir və bu Qanunun 16.1.17-ci və 16.1.18-ci maddələrinə uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.";

10.1.2. üçüncü abzasaşağıdakı redaksiyada verilsin:

"Büdcə ili ərzində vahid xəzinə hesabınınsərbəst qalığı bu Qanunun 19.5-1.1-19.5-1.3-cü maddələrində göstərilən ödənişlər icra edilməklə bu Qanunun 19.2-1-ci maddəsində müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.";

10.2. aşağıdakı məzmunda 19.2-1-ci və 19.2-2-ci maddələr əlavə edilsin:

"19.2-1. Büdcə ili ərzində vahid xəzinə hesabının qalığımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

19.2-2. Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.";  

10.3. 19.3-cü maddədən "dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan" sözləri çıxarılsın;

10.4. 19.4-cü və 19.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"19.4. Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qanunun 19.5-1.2.2-ci və 19.5-1.2.3-cü maddələrində nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.";

10.5. aşağıdakı məzmunda 19.5-1-ci maddə əlavə edilsin:

"19.5-1. Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir:

19.5-1.1. bu Qanunun 15.4-sü maddəsi tətbiq edildiyi halda bu Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə;       

19.5-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə:    

19.5-1.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri;     

19.5-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda); 

19.5-1.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda).   

19.5-1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.";

10.6. 19.6-cı maddəyə "fonduna" sözündən sonra "və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna" sözləri əlavə edilsin.

11. 20-ci maddə üzrə:

11.1. 20.6.4-cü maddədən "və inzibati" sözləri çıxarılsın;

11.2. aşağıdakı məzmunda 20.6-1-ci maddə əlavə edilsin:

"20.6-1. Müvafiq hesabat ili üzrə dövlət büdcəsinin inzibati təsnifata uyğun olaraq xərclərinin icrasının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.".

12. 27.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"27.4. Büdcədənkənar dövlət fondlarının sərbəst vəsaitləri qanunla nəzərdə tutulmuş hallarda investisiyaya yönəldilir.". 


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!