25 İyul 2026 01:10
3866
Qanunlar
A- A+
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572 (Cild I); 2025, № 1, maddə 16, № 11, maddə 1007, № 12 (I kitab), maddə 1118) aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü maddə üzrə:

1.1. 14.2-ci maddəyə "tərəfindən" sözündən sonra ", bu Qanunun 14.2-2-ci maddəsi nəzərə alınmaqla," sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 14.2-2-ci maddə əlavə edilsin:

"14.2-2. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanılmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir."; 

1.3. 14.3-cü maddəyə "olunanların" sözündən sonra "sayında," sözü əlavə edilsin;

1.4. 14.3-1-ci maddə 14.3-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:

"14.3-1. Büdcə ili ərzində bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən yeni sığortalı yarandıqda müvafiq büdcə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə hesablanmış sığorta haqları, habelə bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq yenidən hesablanmış sığorta haqları hesablanmaya əsas olan halın yarandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.".

2. 16-cı maddə üzrə:

2.1. 16.2-ci maddədə "ilə bağlı" sözləri "dərəcəsi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildikdə" sözləri ilə əvəz edilsin;

2.2. 16.3.1-ci maddədə "əlilliyi" sözü "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi" sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 17.4-1-ci maddə əlavə edilsin:

"17.4-1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla, bu Qanunun 16.4-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.".

4. 20-1-ci maddə üzrə:

4.1. 20-1.1.2-ci maddəyə birinci halda "edilən" sözündən sonra "və son 24 ayda bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan" sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 20-1.2.5-1-ci maddə əlavə edilsin:

"20-1.2.5-1. risklərin sığortalanmasına;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!