16 Avqust 2024 11:05
165
DÜNYA
A- A+

Birinci kanalın aparıcısının ABŞ-dakı mülkündə axtarış olub

 

Çərşənbə axşamı, avqustun 13-dən ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Virciniya ştatının Rappahannock dairəsinin Hantli şəhərində amerikalı politoloq və Rusiyanın Birinci kanalın aparıcısı Dmitri Saymsa məxsus Patria  malikanəsində axtarışlar aparır. Bu barədə “Rappahannock News” məlumat yayıb.

Yerli sakin bildirib ki, hüquq-mühafizə orqanları Patria malikanəsinə gələrək oradan qoşqulu yük maşınlarında əşyaları çıxarıblar. Agentlər avqustun 15-i cümə axşamı səhər yenidən mülkə qayıdıblar. Yerli məhkəmənin protokoluna görə, mülk sovet əsilli amerikalı politoloq və tarixçi Dmitri Sayms və onun həyat yoldaşı Anastasiyaya 2021-ci ilin iyulunda 1,63 milyon dollara satılıb.

76 yaşlı Sayms onilliklər ərzində Vaşinqtonun diplomatik dairələrində yaxşı tanınır və Rusiya üzrə ekspert hesab olunur. O, ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun əsasını qoyduğu ictimai siyasət araşdırma mərkəzi olan Milli Maraqlar Mərkəzinin uzun müddət prezidenti və baş direktoru olub. Sayms 2022-ci ildə Mərkəzi tərk edib. 2018-ci ildən Rusiyanın Birinci Kanalında “Böyük oyun” tok-şousuna aparıcılıq edir.

“FTB məhkəmənin icazəsi ilə hüquq-mühafizə fəaliyyəti həyata keçirib. İstintaq davam etdiyi üçün əlavə şərhimiz yoxdur”, - Büronun sözçüsü Samanta Şero nəşrə sorğuya cavab olaraq bildirib.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video