20 Dekabr 2025 08:55
4383
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Məlumdur ki, yeni tikili çoxmənzilli yaşayış binalarında idarəetmə bir qayda olaraq MTK tərəfindən yaradılmış qurumlar vasitəsilə həyata keçirilir. Qanunvericiliyə əsasən, müəyyən müddətdən sonra bina sakinləri idarəetməni öz üzərlərinə götürmək və bu məqsədlə yeni idarəetmə qurumu yaratmaq hüququna malikdirlər. Lakin praktika göstərir ki, idarəetmə sakinlər tərəfindən formalaşdırıldıqdan sonra belə, müxtəlif adlar altında toplanan vəsaitlərin hansı məqsədlərlə və necə xərcləndiyi barədə sakinlər ətraflı və şəffaf məlumat əldə edə bilmirlər. Bir çox hallarda maliyyə axınlarına real nəzarət mexanizmi mövcud olmur. Bu baxımdan, sual yaranır - çoxmənzilli yaşayış binasında maliyyə fəaliyyətinə nəzarət hansı qaydada həyata keçirilməlidir? Toplanan vəsaitlərin auditini və maliyyə yoxlamasını kim və hansı mexanizmlər vasitəsilə aparmalıdır? Eyni zamanda bina sakinləri öz hüquqlarını qorumaq və yığılan, habelə xərclənən vəsaitə nəzarəti təmin etmək üçün hansı qanunvericilik aktlarına istinad etməli və hansı qanuni mexanizmlərdən istifadə etməlidirlər?


Cavid ƏLİYEV,

Bakı şəhəri


- Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binanın idarə edilmə üsulunu və ona uyğun maliyyə rejimini binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı müəyyən edir və idarəetmə şəkli isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti formasında müəyyən olunur. Binanın saxlanılması üzrə xərclərə nəzarət, hesabatların təqdim edilməsi, büdcənin təsdiqi və idarəetmənin təşkili ilə bağlı sair məsələlər ümumi yığıncağın səlahiyyətinə daxildir. Nəzarətin təmin edilməsi üçün binaya aid ayrı bank hesabı açılır, bina idarəçisi tərəfindən maliyyə hesabatları hazırlanır, hesabatlar müstəqil kənar auditor və ya nizamnamə ilə nəzərdə tutulmuşdursa, binanın seçdiyi audit komitəsi tərəfindən yoxlanması da mümkündür. Qanunvericiliklə mümkündür ki, ümumi yığıncaq idarəetməni xarici təşkilata həvalə etsin. Bu zaman idarəetmə müqaviləsində maliyyə hesabatlarının təqdimatı, hesab-kitabın aparılması, bank hesablarının saxlanılması və audit rejimi konkret şəkildə göstərilməlidir. İstinad olunmalı qanunvericilik aktlarına gəldikdə isə, bu münasibətləri təzimləyən əsas normativ sənədlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Mülki Məcəlləsi, "Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı tənzimləyir.


- Övladımın 3 yaşı tamam olub və işə başlamaq istəyirəm. Kadrlar şöbəsi bildirir ki, analıq məzuniyyətinə qədər işlədiyim şöbə ləğv edilib və mənə uyğun yer yoxdur. Deyirlər ya ərizə yazmalıyam, ya da ixtisarla işdən çıxarılacağam. Bu halda mənim hüquqlarım nədir və qanunla vəziyyət necə tənzimlənməlidir?


Sevda HÜSEYNOVA,

Bakı şəhəri


- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, uşağa qulluğa görə məzuniyyət uşağın 3 yaşı tamam olanadək verilir və bu müddət başa çatdıqdan sonra işçi əvvəlki işinə və ya vəzifəsinə qayıtmaq hüququna malikdir. İşəgötürən işçinin işə çıxmasını təmin etməlidir və onun əmək hüquqlarını məhdudlaşdıra bilməz. İşəgötürən tərəfindən "işlədiyiniz şöbə ləğv edilib və uyğun yer yoxdur" arqumentinin irəli sürülməsi işdən azad edilmə üçün əsas sayılmır, çünki struktur dəyişikliyi və ya şöbənin ləğvi halında işəgötürən işçinin ixtisasına, peşə hazırlığına və sağlamlıq vəziyyətinə uyğun olan bütün mövcud boş vəzifələri ona təklif etməyə borcludur. İşçini öz ərizəsi ilə işdən çıxmağa məcbur etmək qanunsuzdur və ərizə yalnız işçinin sərbəst iradəsi ilə yazıla bilər. Əgər işəgötürən işçini ştatların ixtisarı əsası ilə işdən azad etmək niyyətindədirsə, bu zaman Əmək Məcəlləsində nəzərdə tutulan prosedura ciddi şəkildə əməl edilməlidir. Belə ki, işçiyə onun stajından asılı olaraq 2 təqvim həftəsindən 9 təqvim həftəsinədək əvvəl rəsmi xəbərdarlıq edilməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli, həmçinin stajdan asılı olaraq, orta aylıq əməkhaqqının 1 mislindən 2 mislinədək müavinət ödənilməlidir. Bundan başqa, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalıdır. Bu tələblərdən hər hansı birinin pozulması işdən çıxarılmanı əsassız edir və işçi həmin qərardan məhkəmə və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət vermək hüququna malik olur. Ümumilikdə, uşağa qulluq məzuniyyətindən qayıdan ana kimi sizin iş yerinizin qorunması qanunla təmin edilir və işəgötürən ya sizi əvvəlki və ya bərabər vəzifə ilə təmin etməlidir, ya da yalnız qanunun bütün tələblərinə əməl etməklə ixtisar prosedurunu tətbiq edə bilər. Könüllü ərizə yazmağa məcbur edilməyiniz isə qanunvericiliyə ziddir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!