03 Noyabr 2026 21:20
912
CƏMİYYƏT
A- A+
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib

Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçib


Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti dəfə keçirilən seminarın mövzusu “Potensialdan Nəticəyə: Yeni Nəsil Liderlər” olub.

Bilkent və Harvard universitetlərində təhsil almış, “Popeyes Azerbaijan”ın qurucusu, təcrübəli və gənc mütəxəssis Məhəmməd Əfəndiyev TAU tələbələri ilə görüşərək liderlik, şəxsi inkişaf və karyera quruculuğu ilə bağlı təcrübələrini bölüşüb.

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru dos. Nəcibə Nəsibova tələbələrin şəxsi inkişafı, karyera planlaması və özünüreallaşdırmasına dəstək məqsədilə qlobal nüfuzlu universitetlərdən uğurla məzun olan və iş dünyasında müvəffəqiyyət qazanmış gənc mütəxəssislərlə davamlı görüşlərin təşkilinin universitetin prioritetləri sırasında olduğunu qeyd edib. Rektor dəvəti qəbul etdiyi üçün Məhəmməd Əfəndiyevə təşəkkür edib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə M.Əfəndiyevi yaxından tanıtmaq məqsədilə onun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür etməklə başlayan Məhəmməd Əfəndiyev Bilkent Universitetində biznes ixtisası üzrə bakalavriat, eləcə də Azərbaycan Prezidentinin “Xaricdə Təhsilə Dəstək Dövlət Proqramı” çərçivəsində Harvard Universitetində MBA təhsili aldığı dövrdə qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, yeni nəsil liderlər üçün vacib hesab etdiyi xüsusiyyətlərdən bəhs edərək maraq, davamlı öyrənmə, dəyişən şəraitə uyğunlaşma və çevikliyin müasir dövrdə uğurun əsas şərtləri sırasında olduğunu qeyd edib.

Məhəmməd Əfəndiyev bildirib ki, uğur əldə olunan nəticələrlə gözləntilər arasındakı fərqlə ölçülür. O, uğursuzluqlar qarşısında dayanıqlı olmağın və başladığı yolda əzmlə irəliləməyin uğura aparan prosesdə mühüm rol oynadığını vurğulayıb. Həmçinin şəxsi və peşəkar inkişafı dəstəkləyən düzgün sosial çevrənin formalaşdırılmasının əhəmiyyətinə diqqət çəkib.

Tələbələrin böyük marağına səbəb olan seminar Məhəmməd Əfəndiyevlə keçirilən geniş sual-cavab sessiyası ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!