16 Avqust 2024 17:03
94
İDMAN
A- A+

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Azərbaycanda regional mərkəzinin açılışı olub

 

Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən Akademiyaya Regional Mərkəz statusu verilib. O, bu mərkəzin həm məşqçilər, həm hakimlər, həm də idmançıların inkişafı üçün çox vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanla da əməkdaşlıq etdiklərini vurğulayan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının direktoru Envin Qalia isə bildirib ki, bu gün onun üçün xüsusi məna ifadə edir. Azərbaycan cüdoçularının Paris Olimpiadasında əldə etdiyi uğurlardan da bəhs edən direktor deyib ki, bu nailiyyətlər Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının birgə səylərinin nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, 16 il sonra Azərbaycan cüdoçularının Olimpiadada qızıl medal qazanması ölkə idmanı üçün tarixi hadisədir. Regional mərkəzin əhəmiyyətindən danışan nazir ACF-nin belə bir təşəbbüsün parçası olduğu üçün çox şanslı olduğunu söyləyib.

Tədbirdə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucova da ekspert statusu verilib.

Sonda Azərbaycan Cüdo Akademiyasının məşqçilərinə sertifikatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video