28 Avqust 2026 12:50
951
Elm və texnika
A- A+
Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq

Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq


Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometidir. Bu komet 1911-ci ildə amerikalı astronom Karl Klarens Kiess tərəfindən kəşf edilib. O, Günəş ətrafında təxminən 2000–2100 ildə bir dövr edən uzunperiodlu kometlər sinfinə daxildir. Komet Günəşə yaxınlaşarkən onun səthindən ayrılan toz və kiçik qaya hissəcikləri sublimasiya (maddənin maye hala keçmədən, birbaşa bərk haldan qaz halına keçməsi) edərək orbit boyunca yayılır. Yer hər il bu hissəciklər axınından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.

Aurigid meteorları Yer atmosferinə təxminən 66–67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70–100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.

Meteorların görünən çıxış nöqtəsi - radiantı Arabaçı (Auriga) bürcündə yerləşir. Əslində meteoroidlər kosmosda demək olar ki, paralel istiqamətdə hərəkət etsələr də, müşahidəçiyə elə görünür ki, onların hamısı səmanın eyni nöqtəsindən çıxır.

Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.

Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!