10 Dekabr 2025 18:08
343
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Türk dövlətləri ilə humanist dəyərlərə əsaslanan əməkdaşlıq bizim güc mənbəyimizdir  

Bahar Muradova: Türk dövlətləri ilə humanist dəyərlərə əsaslanan əməkdaşlıq bizim güc mənbəyimizdir  


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 10-da Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda çıxış edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti adından çıxış edən Bahar Muradova konfransın daha təhlükəsiz və dayanıqlı dünyanın qurulması naminə səylərin birləşdirilməsi üçün mühüm imkan yaratdığını qeyd edib. O, Azərbaycanın qadın və uşaq rifahına əsaslanan dövlət siyasətinin mərkəzində insanın layiqli həyat hüququ, sosial ədalət, humanizm və davamlı inkişaf prinsiplərinin dayandığını bildirib. Çıxışda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial dövlət modeli, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, səhiyyə, uşaq müdafiəsi, mədəni irs və gender bərabərliyi üzrə həyata keçirdiyi layihələr, Heydər Əliyev Fondunun humanitar fəaliyyəti xüsusi vurğulanıb.

B.Muradova Böyük Zəfərdən sonra aparılan quruculuq və reinteqrasiya prosesləri barədə danışaraq təhlükəsiz yaşayış hüququnun bərpasının, qadınların iqtisadi fəallığının və uşaqların rifahının qorunmasının önəmini qeyd edib. Qayıdan ailələrin qarşısında duran çağırışların infrastrukturla yanaşı psixososial dəstək, məşğulluq və icma institutlarının bərpasını da əhatə etdiyini bildirib. O, qadınların reinteqrasiyada strateji rol oynadığını vurğulayaraq yeni icma liderliyi modelləri, ailə və uşaq dəstək mərkəzlərinin genişləndirilməsi, rəqəmsal sosial xidmətlər, qadın məşğulluğu və sahibkarlığı üzrə proqramların həyata keçirildiyini diqqətə çatdırıb.

Beynəlxalq tərəfdaşlığın vacibliyini qeyd edən komitə sədri Türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurda layihələr yerinə yetirdiyini, o cümlədən Türkmənistanın Füzuli rayonunda məscid inşa etdiyini bildirib. O, Türk dövlətləri ilə tarixi köklərə və humanist dəyərlərə əsaslanan əməkdaşlığın güc mənbəyi olduğunu vurğulayıb. Bu ilin yayında Türkmənistanın yüksəksəviyyəli nümayəndə heyətinin Azərbaycana səfərini və keçirilmiş görüşləri əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirib.

B.Muradova çıxışının sonunda konfrans müzakirələrinin sülh, inkişaf və təhlükəsizlik yolunda birliyi daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Konfrans qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mövzuların müzakirəsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

Altıillik fasilədən sonra Pekindən Pxenyana ilk qatar yola salınacaq

14:17
12 Mart

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

14:15
12 Mart

Şarl Mişel: Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır  

14:14
12 Mart

Sabiq Kansler: Düşmənçilikdən uzaqlaşmaq və həll yolları barədə düşünmək vacibdir

14:12
12 Mart

Rusiya Azərbaycan vasitəsilə İrana tibbi ləvazimatlar göndərəcək  

14:12
12 Mart

İraqın neft limanları fəaliyyətini dayandırıb

14:11
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!