05 Yanvar 2026 12:19
1296
Elm və texnika
A- A+
Azərbaycanlı gənc alim aerokosmik tədqiqatlar üzrə beynəlxalq reytinqdə üçüncü yerə layiq görülüb  

Azərbaycanlı gənc alim aerokosmik tədqiqatlar üzrə beynəlxalq reytinqdə üçüncü yerə layiq görülüb  


Azərbaycanlı gənc alim Sona Quliyeva aerokosmik tədqiqatlar üzrə nüfuzlu beynəlxalq “Top 100 Women in Aerospace & Aviation 2025” reytinqində üçüncü yerə layiq görülüb. O, dünya üzrə 200-dən artıq namizəd arasından seçilərək aerokosmik və aviasiya sahəsində fəaliyyət göstərən tanınmış qadın mütəxəssislər sırasında yer alıb.

Sona Quliyeva beynəlxalq uğuru ilə bağlı AZƏRTAC-a bildirib: “Mənim üçün bu tanınma artıq nominasiyada iştirak və finalçıların siyahısına düşməklə başlamışdı. Açığı, üçüncü yerə layiq görüləcəyimi gözləmirdim. Bu, dürüst və ardıcıl əməyin görünən olduğunu, seçilmiş yolun və görülən işin mənalı olduğunu bir daha təsdiqlədi. Mən bu nəticəni dərin minnətdarlıq və məsuliyyət hissi ilə qəbul edirəm”, – deyə o qeyd edib.

Gənc alim reytinq nəticələrini bayramın ilk günü səhər saatlarında ailəsi ilə videobağlantı zamanı öyrəndiyini və üçüncü yerin onun üçün gözlənilməz olduğunu bildirib. “Bu sahədə fəaliyyətimə verilən yüksək qiymət təkcə mənə deyil, eyni zamanda, mənə dəstək göstərən və yoluma davam etməyin vacibliyini xatırladan hər kəsə aiddir”, – deyə Sona Quliyeva vurğulayıb.

Azərbaycanlı mütəxəssisin “Top 100 Women in Aerospace & Aviation 2025” reytinqində ilk üçlükdə yer alması ölkənin aerokosmik tədqiqatlar, elm, innovasiya və yüksək texnologiyalar sahəsində artan nüfuzunun və potensialının, eləcə də azərbaycanlı alimlərin beynəlxalq səviyyədə tanınmasınıngöstəricisi kimi qiymətləndirilir.

Reytinqin tam siyahısı ilə “Top 100 Women in Aerospace & Aviation” layihəsinin rəsmi platformasında tanış olmaq mümkündür: https://top100aero.space/Landing

Qeyd edək ki, “Top 100 Women in Aerospace & Aviation” reytinqi aerokosmik və aviasiya sahəsində real töhfə vermiş qadın mütəxəssislərin tanınmasına yönəlmiş qlobal təşəbbüsdür. Siyahı aerokosmik və aviasiya sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qadın mütəxəssisləri əhatə edir və beynəlxalq miqyasda bu sahədə çalışan peşəkarların fəaliyyətini əks etdirir.

Reytinq bir neçə il əvvəl təsis olunub və 2025-ci il siyahısı layihənin növbəti buraxılışıdır. Cari buraxılış çərçivəsində 230-dan çox namizəd qeydə alınıb, yekun nəticələr isə peşəkar ictimaiyyətin rəy və səsverməsi əsasında formalaşdırılıb.

Layihənin təsisçisi Matthew Higa təşəbbüsün populyarlıq yarışması olmadığını, əsas məqsədin peşəkar nüfuz, liderlik və real təsirin önə çıxarılması olduğunu bildirib. Onun sözlərinə görə, layihə aerokosmik və aviasiya sənayesinin inkişafında mühüm rol oynayan, lakin çox zaman ictimai diqqətdən kənarda qalan mütəxəssislərin fəaliyyətini üzə çıxarmağı hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!