18 İyul 2026 08:55
1229
İQTİSADİYYAT
A- A+
Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü


Azərbaycan iqtisadiyyatında kiçik və orta biznesin inkişafı neftdənkənar sahənin genişlənməsi, məşğulluğun artırılması və sahibkarlıq mühitinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin icraçı qurumlarından biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. 

Agentlik sahibkarlara informasiya və məsləhət xidmətləri göstərmək, biznes layihələrinin inkişafına dəstək vermək, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, eləcə də innovativ təşəbbüsləri təşviq etməklə ölkədə rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına zəmin yaradır. KOBİA həmçinin yeni bizneslərin yaranmasına, mövcud müəssisələrin dayanıqlı inkişafına, ixrac potensialının artırılmasına və regionlarda sahibkarlığın genişlənməsinə xidmət edir. Bu baxımdan agentliyin həyata keçirdiyi proqramlar və göstərdiyi xidmətlər Azərbaycanda kiçik və orta biznes ekosisteminin inkişafında mühüm rol oynayır. Məlumdur ki, hazırda güclü iqtisadiyyat iri sənaye müəssisələri ilə yanaşı, həm də çevik, innovativ, rəqabətqabiliyyətli kiçik və orta biznes subyektləri ilə formalaşır. Azərbaycan son illər bu istiqamətdə ardıcıl islahatlar keçirərək, sahibkarlığın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.

Həmin siyasətin həyata keçirilməsində KOBİA xüsusi yer tutur. Agentlik fəaliyyətə başladığı gündən etibarən sahibkarların dövlət qurumları ilə əlaqələrinin asanlaşdırılması, biznes təşəbbüslərinin dəstəklənməsi, hüquqi və məsləhət xidmətlərinin göstərilməsi, innovativ layihələrin tətbiqinin genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. KOBİA qısa müddətdə sahibkarların etibarlı tərəfdaşına çevrilərək dövlət dəstəyi mexanizmlərinin daha əlçatan və səmərəli tətbiqinə dəstək olub.

KOBİA-nın fəaliyyətinin real nəticələri aydın şəkildə sahibkarlara göstərilən xidmətlərin statistik göstəricilərində əks olunur. Cari ilin birinci yarısında KOB evlərinin fəaliyyəti bu baxımdan diqqətçəkən rəqəmlərlə yadda qalıb. KOBİA-nın məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında KOB evləri sahibkarlara 312 mindən çox xidmət göstərərək, biznes ictimaiyyətinin əsas dəstək ünvanlarından biri olduğunu təsdiqləyib. Göstərilən xidmətlərin böyük hissəsi Bakı və Yevlax KOB evlərinin payına düşsə də, Gəncə, Şuşa və Xaçmaz KOB evləri, həmçinin Xudat xidmət mərkəzi də sahibkarlara operativ xidmət göstərilməsi istiqamətində fəal rol oynayıb. Bu xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən təqdim edilib.

Bu gün Azərbaycanda minlərlə sahibkar öz biznesini qurarkən və ya inkişaf etdirərkən KOBİA-nın təqdim etdiyi xidmətlərdən faydalanır. Agentliyin fəaliyyəti təkcə maliyyə və təşkilati dəstəklə məhdudlaşmır. O, sahibkarlıq düşüncəsinin formalaşmasına, gənclərin biznesə marağının artırılmasına, qadın sahibkarlığının inkşafına dəstək verilməsi və regionlarda iqtisadi fəallığın genişlənməsinə də təsir göstərir. Bu mənada KOBİA ölkənin iqtisadi inkişaf strategiyasında sahibkarla dövlət arasında etibarlı körpü rolunu oynayan mühüm dövlət mexanizmi kimi çıxış edir.

Təbii ki, KOBİA-nın fəaliyyəti təkcə statistik göstəricilər və həyata keçirilən layihələrdən ibarət deyil. Qurum minlərlə insanın reallaşan biznes ideyaları, yaradılan yeni müəssisələr, açılan iş yerləri və güclənən sahibkarlıq mühiti ilə real nəticələri ortaya qoyur. Azərbaycanın iqtisadi inkişaf modelində özəl sektorun rolunun getdikcə artdığı bir dövrdə agentliyin fəaliyyəti həm bu günün, həm də gələcəyin iqtisadi prioritetləri sırasında xüsusi əhəmiyyət kəsb edir. Onun həyata keçirdiyi layihələr göstərir ki, sahibkarlığa verilən dəstək iqtisadi göstəricilərin yaxşılaşmasına və cəmiyyətin sosial rifahının yüksəlməsinə xidmət edir. Agentliyin təşəbbüsləri regionlarda biznes fəallığının artmasına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edir. Bu isə öz növbəsində neftdənkənar sahənin inkişafını sürətləndirir, iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə nail olunmasına əlavə imkanlar yaradır.

KOBİA-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın uğurlu sahibkarlıq dəstəyi modelinin beynəlxalq müstəvidə tanıdılması və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsinin təmin edilməsidir. Son illər formalaşdırılan KOB evi modeli xarici tərəfdaşların diqqətini cəlb edərək, sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi baxımından nümunəvi yanaşma kimi təqdim olunur. KOBİA-nın məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 2026-cı ilin ilk yarısında bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri Azərbaycanda fəaliyyət göstərən KOB evləri ilə tanış olublar. Ruanda, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Asiya İnkişaf  Bankı (AİB), Afrika Biznes Şurası və digər qurumların nümayəndələrinə KOB evi modelinin fəaliyyəti, dövlət və özəl sektor xidmətlərinin vahid platformada təşkili barədə ətraflı məlumat verilib, bu təcrübənin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

KOBİA beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, sahibkarlıq düşüncəsinin gənc nəsil arasında formalaşdırılmasına da xüsusi diqqət yetirir. Bu məqsədlə ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələrin biznes mühiti ilə yaxından tanışlığı, nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanması istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər təhsil müəssisələrinin nümayəndələri KOB evlərini ziyarət edərək burada yaradılan imkanlarla tanış olublar. Görüşlər zamanı gənclərə KOB evlərinin fəaliyyəti, sahibkarlara göstərilən xidmətlər, biznesə başlama yolları, dövlət dəstəyi mexanizmləri və yeni təşəbbüslərin reallaşdırılması imkanları barədə məlumat verilib. Bu cür görüşlər gələcək sahibkarların formalaşmasında, onların biznes ekosistemi haqqında daha geniş təsəvvür əldə etməsində əsaslı rol oynayır.

İndi KOBİA öz qapılarını xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinə açan və sahibkarlara dəstək göstərən qurum kimi, həm də biznes təşəbbüslərini hərəkətə gətirən, yeni ideyaların reallaşmasına imkan yaradan bir platformadır. Bu zamana  qədər görülən işlər onu deməyə əminlik yaradır ki, qarşıdakı dövrdə də kiçik və orta biznesin iqtisadiyyatdakı rolunun xeyli dərəcədə artacağı, KOBİA-nın isə bu prosesdə sahibkarların etibarlı tərəfdaşı kimi fəaliyyətini davam etdirəcəyi gözlənilir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK  

12:51
24 Avqust

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır  

12:40
24 Avqust

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

12:38
24 Avqust

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır

12:37
24 Avqust

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

12:34
24 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

12:33
24 Avqust

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

12:32
24 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

12:31
24 Avqust

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

12:29
24 Avqust

Göygöldə intensiv meyvə bağlarının salınmasına maraq artıb

12:27
24 Avqust

Fransada prezident seçkiləri: Rafael Qlüksman mübarizəyə qoşulur

12:25
24 Avqust

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz-Naxçıvan” - 5:0

12:23
24 Avqust

Qvineyada sürüşmə nəticəsində 30 nəfər həlak olub

12:21
24 Avqust

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

12:12
24 Avqust

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

12:00
24 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

11:46
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!