12 Yanvar 2025 08:20
217
SİYASƏT
A- A+
Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır

Azərbaycanın D-8-ə üzvlüyü əməkdaşlıq üçün yeni imkanlar yaradır


Yeni təşkilata üzvlük yeni əlaqələr, əməkdaşlıq üçün yeni imkanlar yaradır.  2024-cü il dekabrın 19-da Azərbaycan  Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilib .

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə də xüsusi toxunmuşdur. 

Xatırladaq ki 1996-cı il oktyabrın 22-də "İnkişafda əməkdaşlıq konfransı"ndan sonra onun qurulmasına hazırlıq işləri görülməyə başlanılıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D-8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın yaradılması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib.

Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.

Üzv ölkələr arasında iqtisadiyyatı ən çox inkişaf edəni Türkiyədir. Onun ardınca İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş gəlir.

Avropa, Asiya və Afrikanı - üç qitəni əhatə edən səkkiz ölkənin (Azərbaycan daxil olanadək) ümumdaxili milli məhsulun həcmi 4,5 trilyon dolları ötüb. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dollardır.

Azərbaycan təşkilata üzv olana qədər ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.

Azərbaycanın üzvlüyü ilə artıq təşkilat D-9 adlandırılır. D-9 regional yox,   qlobal mahiyyətli təşkilatdır. Təşkilat qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. D-8 regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərə heç bir mənfi təsir göstərməyən bir forumdur.

Azərbaycanın belə bir nüfuzlu təşkilata üzv olması  beynəlxalq aləmdə etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü təsdiq edən amil olmaqla ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir .

Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində ölkəmizin bu nüfuzlu  beynəlxalq təşkilata üzvlüyünü yüksək dəyərləndirərək deyib: "Bizim namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Biz əlbəttə ki, üzv ölkələrlə daha sıx təmasda olacağıq. Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Biz bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edirik və yenə də deyirəm, bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. Düşünürəm ki, D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq".

Tarixən Şərq ilə Qərb arasında körpü rolu oynamış, islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın  bu beynəlxalq təşkilata üzvlüyü  dövlətlərarası  əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, islam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kaliforniyada meşə yanğınları nəticəsində azı 24 nəfər həlak olub

11:05
13 Yanvar

Avropa Liqası: “Qarabağ” - FCSB oyununun biletləri bu gün satışa çıxarılacaq

10:42
13 Yanvar

Aral dənizinin şimalında suyun həcmi 42 faiz artıb

10:16
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb

10:14
13 Yanvar

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

09:31
13 Yanvar

Los-Ancelesdə meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

09:30
13 Yanvar

Keçmiş məcburi köçkün: Doğma torpağımıza qayıtmaqdan çox sevincliyəm

09:29
13 Yanvar

Cəbrayıl sakini: Uzun illərdir ki, bütün məcburi köçkünlər diqqətdə saxlanılır

09:28
13 Yanvar

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

09:25
13 Yanvar

Qalib və güclü Azərbaycan dünyada etimad göstərilən dövlətlərdəndir

08:17
13 Yanvar

Çadda Fransa erası bitir

00:52
13 Yanvar

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

00:14
13 Yanvar

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

22:54
12 Yanvar

Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib  

22:03
12 Yanvar

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

19:31
12 Yanvar

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

18:56
12 Yanvar

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

18:36
12 Yanvar

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

17:29
12 Yanvar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

16:31
12 Yanvar

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

15:59
12 Yanvar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

15:43
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!