20 İyul 2026 15:49
356
CƏMİYYƏT
A- A+
Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan yüksəksəviyyəli qarşılıqlı etimada və siyasi iradəyə əsaslanan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, dövlət başçılarının həyata keçirdikləri məqsədyönlü siyasət hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə əlverişli zəmin yaradıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış ortaq tarixi, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd edib, prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ilin sentyabr ayında Özbəkistana səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının VI iclasında, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının IV iclasında iştirakı məmnunluqla xatırlanıb, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmlənməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyənləşdirilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Azərbaycanın Baş Prokurorluğu ilə Özbəkistanın Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb. Proqram iki ölkənin prokurorluq orqanları arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsinə xidmət edir.

Niqmatilla Yuldoşev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Özbəkistanın Baş Prokurorluğunun Azərbaycanın Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri səylərin göstəriləcəyini vurğulayıb.

Görüş zamanı Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Niqmatilla Yuldoşevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

Səhiyyədə rəqəmsal transformasiya

08:50
21 İyul

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

08:45
21 İyul

Qarabağ həm də qlobal dialoq mərkəzidir

08:40
21 İyul

Almaniyanın "Cicero" jurnalı: "Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir"

08:35
21 İyul

Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 

08:30
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!