26 Avqust 2026 16:36
1176
Elm və texnika
A- A+
Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  


Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə layihələr hazırlanır. Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar mineral xammalın kompleks emalı, strateji əhəmiyyətli metalların əldə edilməsi və müasir, ekoloji təhlükəsiz texnologiyaların işlənib hazırlanmasına yönəlib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu Azərbaycan-Özbəkistan elmi əməkdaşlığının inkişaf etdirilməsi, fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçirir. Bu istiqamətdə mühüm addımlardan biri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsində iştirakla bağlıdır. Müsabiqə üçün Kimya İnstitutu tərəfindən mineral xammalın kompleks emalı və strateji əhəmiyyətli metalların əldə edilməsi istiqamətində iki birgə elmi-tədqiqat layihəsinin həyata keçirilməsi planı hazırlanıb.

Layihələrdən biri “Oksidləşmiş və qarışıq mis filizlərin emalı texnologiyasının işlənib hazırlanması” mövzusundadır. Layihə Gədəbəy mədən ərazisinin oksidləşmiş və qarışıq mis filizləri və tullantıları, həmçinin Özbəkistanın Almalık Mədən və Metallurgiya zavoduna məxsus Kalmakır yatağının oksidləşmiş və qarışıq mis filizlərinin kompleks emalına yönəlib. Tədqiqat çərçivəsində flotasiya, qravitasiya və hidrometallurgiya üsullarının kombinasiyası əsasında filizlərin emalının səmərəliliyinin artırılması, mislə yanaşı, alüminium və digər faydalı komponentlərin maksimum dərəcədə çıxarılması nəzərdə tutulur. Layihənin mühüm istiqamətlərindən biri də ekoloji cəhətdən daha təhlükəsiz, enerjiyə qənaət edən və resurslardan səmərəli istifadəyə imkan verən texnoloji yanaşmaların işlənib hazırlanmasıdır. Layihənin həyata keçirilməsi nəticəsində aşağı dərəcəli oksidləşmiş və qarışıq mis filizlərinin, eləcə də müəyyən növ aşağı dərəcəli mis tullantılarının emalı üçün yeni texnoloji sxemlərin hazırlanması gözlənilir. Əldə olunacaq nəticələrin gələcəkdə Azərbaycan və Özbəkistanın mineral xammalın zənginləşdirilməsi və emalı müəssisələrində, o cümlədən yeni yataqların və istehsal tullantılarının emalında tətbiq imkanları qiymətləndiriləcək.

Tədqiqatın əsas istiqamətlərindən biri ekoloji baxımdan daha təhlükəsiz, enerji və resurs baxımından səmərəli texnoloji yanaşmaların işlənib hazırlanmasıdır. Bu yanaşmaların aşağı dərəcəli filiz və tullantıların emalına cəlb edilməsi mineral xammaldan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!