04 Noyabr 2026 08:10
612
SİYASƏT
A- A+
Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər


Oktyabrın sonlarında Azərbaycanla Gürcüstan arasında baş tutan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası iki ölkənin praqmatik tərəfdaşlığa sadiqliyini nümayiş etdirdi. Bu zirvə təkcə ikitərəfli iqtisadi platforma kimi deyil, həmçinin regional nəqliyyat və enerji sahəsində gələcək prioritetləri müəyyənləşdirən mühüm tədbir kimi rol oynadı.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə MİRZƏYEVA qəzetimizə açıqlamasında qeyd etdi ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət və investisiya tərəfdaşlarından biri kimi ölkənin makroiqtisadi sabitliyində mühüm paya sahibdir. Statistik göstəricilərə əsasən, bu ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 14,1 faiz artaraq, ümumilikdə, 1 milyard 109 milyon ABŞ dollarına çatıb. Bu gün Gürcüstanın ümumi ticarətində Azərbaycanın payı 5,4 faiz təşkil etməklə, tərəfdaş ölkələrin reytinqində 5-ci yerdə qərarlaşıb. İxrac sahəsində həcm 6,9 faiz artaraq 566 milyon 665 min dollara çatıb. Bununla da Azərbaycan Gürcüstan üçün ixracatçı ölkələr arasında Qırğızıstan və Çindən sonra üçüncü yeri tutub. "Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların ümumi həcmi isə 4 milyard ABŞ dollarına yaxındır. 2025-ci ildəki 214 milyon dollarlıq sərmayə ilə Azərbaycan Böyük Britaniyadan sonra Gürcüstanın ikinci ən böyük sərmayədar ölkəsi olub. Turizm və pul köçürmələrində də müsbət dinamika müşahidə edilir. May ayından Bakı-Tbilisi qatarının bərpası və hava əlaqələri sayəsində 9 ayda 13,1 faiz artımla Azərbaycan Gürcüstana ən çox turist göndərən 5-ci ölkədir", - deyə o əlavə etdi.

N.Mirzəyeva dedi ki, iclasın əsas müzakirə mövzularından biri də  nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələləri idi. Bu gün "Şərq-Qərb" nəqliyyat qovşağının operativliyinin artırılması istiqamətində Bakı-Tbilisi-Qars dəmir yolunun keçid qabiliyyəti 5 milyon tona çatdırılıb. Həmçinin Gürcüstanın icra etdiyi "Şərq-Qərb" magistralı dəmir yollarının müasirləşdirilməsi, Anakliya dərinözüllü dəniz limanı və Tbilisinin yeni hava limanı layihələri bu infrasturukturu tamamlayır. 

Ekspert vurğuladı ki, iclasın ən mühüm nəticələrindən bir də İpək yolu birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin fəaliyyətə başlaması haqqında sazişin imzalanması olub: "İclas çərçivəsində tərəflər, həmçinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini də müzakirə ediblər. İrakli Kobaxidzenin bəyan etdiyi kimi, razılaşdırılmamış məsələlərin dostluq müstəvisində və sürətləndirilmiş tempdə davam etdirilməsi qərarı alınıb. Sərhəd delimitasiyası üzrə 15 razılaşdırılmamış hissənin müzakirəsi ilə bağlı məsələ iclasın diqqətçəkən diplomatik nəticəsi hesab oluna bilər. Sərhəd məsələlərində konstruktiv dialoqun bərpası, qarşılıqlı olaraq ərazi bütövlüyünün dəstəklənməsi və mədəni-humanitar sahədə atılan addımlar iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını təsdiq edir".

N.Mirzəyeva bildirdi ki, Azərbaycanın Gürcüstanın əsas təbii qaz tədarükçüsü olması onun daxili enerji bazarının sabitliyini təmin edir. Şərq-Qərb dəhlizi üzərindən artan yükdaşımaları da öz növbəsində Gürcüstana mühüm tranzit və logistika gəlirləri gətirəcək. İkitərəfli ticarətdə müsbət saldo xarici ticarət balansına da yaxşı təsir göstərir. Avtomobil reixracı ilə yanaşı, qida, tikinti materialları, dərman məhsullarının ixracındakı artım da bu sahənin şaxələnməsinə kömək edir.

Ümumilikdə 11-ci hökumətlərarası komissiyanın yekununda əldə olunmuş razılaşmalar Bakı və Tbilisi arasında iqtisadi əlaqələrin təkcə ticarətlə məhdudlaşmadığını, həm də qlobal logistika və enerji zəncirində əvəzedilməz regional oxa çevrildiyini nümayiş etdirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!