09 İyul 2025 16:34
516
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb  

Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb  

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri (ADY) Rövşən Rüstəmov Pekində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə görüşüb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir. ADY sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafıdır. Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir. Qeyd olunub ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 faiz artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, bu ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Bildirilib ki, ADY və Çin Dəmir Yolları arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd iki qurum arasında dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsidir.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və yol təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək. Həmçinin ADY nümayəndə heyəti Çinə işgüzar səfəri zaman 8 iyul tarixində Pekində Yüksəksürətli dəmir yolları üzrə XII Beynəlxalq Konqresdə iştirak edib.

“Yüksəksürətli dəmiryol nəqliyyatı: Dayanıqlılıq, innovasiya və inkişaf” (High-Speed Rail: Sustainability, Innovation, Prosperity”) mövzusunda keçirilən tədbirdə yüksəksürətli qatarların iqtisadi və sosial inkişafda rolu, dayanıqlı inkişaf və texnoloji innovasiyalar kimi məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!