04 Noyabr 2026 16:19
403
CƏMİYYƏT
A- A+
Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir  

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir  


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqaladə Hallar Nazirliyindən AZƏRTAc-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov qonaqlara dünya çempionatında iştiraklarına görə təşəkkür edib, belə bir mötəbər idman tədbirinin ölkəmizdə təşkilinin əhəmiyyətinə toxunub, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv olan ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Belarus arasındakı yüksək səviyyəli münasibətlərin daim genişləndiyini xatırladan nazir Kəmaləddin Heydərov bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında uzun illər ərzində səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müntəzəm təmasların və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Bu səfərin və səfər əsnasında Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında imzalanan qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlamentin fövqəladə hallarla bağlı operativ informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

O, Azərbaycanla Belarus arasındakı çoxşaxəli əlaqələrin sürətli inkişafı çərçivəsində iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydasından danışıb. Bildirib ki, müxtəlif səviyyəli səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu mənada hazırkı səfər zamanı aparılan danışıqların və imzalanan sənədin Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların İdarə edilməsi və Reaksiyavermə Respublika Mərkəzi” dövlət müəssisəsi arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament” imzalanıb.

Sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski imzalayıblar.

Daha sonra Vadim Sinyavski əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə, Belarusun Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkilinə verdiyi əhəmiyyətli töhfəyə görə nazir Kəmaləddin Heydərova “Həyat fəaliyyəti təhlükəsizliyinin təbliğinə görə” döş nişanını təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində Belarus Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına səfər edərək, fəaliyyətləri ilə yerində tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!