20 İyul 2026 12:49
430
Mədəniyyət
A- A+
Azərbaycan UNESCO Dünya İrs Komitəsində mədəni irsin qorunması üzrə öhdəliklərini bir daha təsdiqləyib

Azərbaycan UNESCO Dünya İrs Komitəsində mədəni irsin qorunması üzrə öhdəliklərini bir daha təsdiqləyib

Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Cənubi Koreyanın Busan şəhərində keçirilən 48-ci sessiyasında mədəni və təbii irsin qorunmasına sadiqliyini bir daha bəyan edib.

AZƏRTAC xəbər verir ki, ölkəmiz Dünya İrs Komitəsinin 48-ci sessiyasında Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur.

Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib.

Daimi nümayəndə UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında ölkəmizin mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır.

Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi “Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı arasındakı əlaqəni nümayiş etdirir.

Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunan SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verə bilər.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində iyulun 23-də SECURE təşəbbüsünə həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bildirib. O, Azərbaycanın Dünya İrsi üzrə Afrika Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək verəcəyini açıqlayıb.

Çıxışda həmçinin Azərbaycanın hazırladığı “Azərbaycan–SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi Proqramı” barədə məlumat təqdim olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində dünya irsi sistemlərinin institusional imkanlarını artırmaq, ekspert hazırlığını dəstəkləmək və gələcək nominasiya proseslərinə yardım göstərməkdir.

Çıxışının sonunda Elman Abdullayev Azərbaycanın Dünya İrs Komitəsinin üzvü kimi bütün tərəfdaş dövlətlər, UNESCO-nun Dünya İrs Mərkəzi və məsləhətçi qurumlarla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, Azərbaycanın Konvensiyanın məqsədlərinin həyata keçirilməsinə və daha balanslı, inklüziv və səmərəli dünya irsi sisteminin inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

Səhiyyədə rəqəmsal transformasiya

08:50
21 İyul

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

08:45
21 İyul

Qarabağ həm də qlobal dialoq mərkəzidir

08:40
21 İyul

Almaniyanın "Cicero" jurnalı: "Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir"

08:35
21 İyul

Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 

08:30
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!