03 Sentyabr 2026 05:00
3076
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-1.1-ci, 287.0.2-ci, 287.0.5-ci, 371-2.1.1-371-2.1.3-cü maddələrində, 371-2-ci maddəsinin "Qeyd" hissəsində və 558.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 37-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 287.0.2-ci və 287.0.5-ci maddələrində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin"Elektron kənd təsərrüfatı" informasiya sisteminin "toxum" altsistemi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 371-2.1.1-371-2.1.3-cü maddələrində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 371-2-ci maddəsinin "Qeyd" hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 558.1-1-ci maddəsinin dispozisiyasında"orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306, № 5 (I kitab), maddə 406; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 iyul tarixli 715 nömrəli, 15 iyul tarixli 722 nömrəli və5 avqust tarixli 752 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə: 

3.1.1. 4.1-ci bəndə "Məcəlləsinin" sözündən sonra "37-1.1," rəqəmləri, "275.2," rəqəmlərindən sonra "287.0.2, 287.0.5," rəqəmləri, "363.2," rəqəmlərindən sonra     "371-2.1.1-371-2.1.3-cü maddələrində, 371-2-ci maddəsinin "Qeyd" hissəsində," sözləri və"mətnində," sözündən sonra "558.1-1," rəqəmləri əlavə edilsin;

3.1.2. 4.26-1-ci bənddə "maddəsinin dispozisiyasında" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

3.1.3. 4.26-2-ci bənd 4.26-3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda  4.26-2-ci,4.29-2-ci, 4.29-3-cü və 4.45-1-cibəndlər əlavə edilsin:

"4.26-2. həmin Məcəllənin 287.0.2-ci və 287.0.5-ci maddələrində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sisteminin "toxum" altsistemi nəzərdə tutulur;";

"4.29-2. həmin Məcəllənin 371-2.1.1-371-2.1.3-cü maddələrində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

4.29-3. həmin Məcəllənin 371-2-ci maddəsinin "Qeyd" hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;";

"4.45-1. həmin Məcəllənin 558.1-1-ci maddəsində "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi nəzərdə tutulur;";

3.1.4. 4.53-cü bənddə "97.1-ci maddəsində" sözləri "37-1.1-ci və 97.1-ci maddələrində" sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 5.35-1-ci bənd əlavə edilsin:

"5.35-1. həmin Məcəllənin 371-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;".

4.Bu Fərmanın 1.4-cü, 1.5-ci, 3.2-ci bəndləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-2-ci maddəsinə münasibətdə1.1-ci bəndi, 3.1.1-ci, 3.1.3-cü yarımbəndləri 2027-ci il iyulun 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!