03 Sentyabr 2026 05:00
1745
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226, № 4, maddə 307, № 5 (I kitab), maddə 406; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 iyun tarixli 676 nömrəli, 19 iyun tarixli 686 nömrəli, 15 iyul tarixli 722 nömrəli, 28 iyul tarixli 744 nömrəli və 5 avqust tarixli 752 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 41-1-ci hissə əlavə edilsin:

"41-1. Məcəllənin 428.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

41-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

41-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.".

2. 42-ci hissədə "428.9-cu və 428.10-cu maddələrində" sözləri "428.10-cu maddəsində" sözləri ilə əvəz edilsin.

3. 68-ci hissədə "maddəsində" sözü "və 558.1-1-ci maddələrində" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 sentyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Ölüm hallarında qeyri-infeksion xəstəliklərin sayı artır

10:55
06 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır 

10:51
06 Oktyabr

Dünya bazarında qızıl ucuzlaşıb

10:50
06 Oktyabr

Şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib  

10:45
06 Oktyabr

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

10:42
06 Oktyabr

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!