28 May 2023 02:59
653
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 dekabr tarixli 573 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 dekabr tarixli 573 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə


№  170


Azərbaycan Respublikasının Nazirlər  Kabineti Qərar


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub-likasının 2022-ci il 2 dekabr tarixli 670-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677,  № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “242100. “Mərkəzi dövlət idarəetmə orqanları üzrə ödənişlər” paraqrafında “istiqraz vərəqələri” sözləri “istiqrazlar” sözü ilə əvəz edilsin. 
2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2763; 2021, № 3, maddə 278) ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın 20.6-cı bəndinin ikinci cümləsində “istiqraz vərəqələri” sözləri “istiqrazlar” sözü ilə əvəz edilsin.   
 
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri,  26  may  2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!