18 Avqust 2026 09:38
421
İQTİSADİYYAT
A- A+
Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir


Hazırda icra olunan və perspektivdə nəzərdə tutulan qlobal layihələr ölkəmizi dünya logistikasının da önəmli məkanı kimi tanıdır. Azərbaycanın Orta dəhlizdə açar ölkə olması bizim dünya logistikasında xüsusi status qazanmağımıza imkan yaradıb. 

Bu dəhliz üzərindən hazırda yüklərin dəmir yolu ilə daşınması həyata keçirilir. Ölkəmiz dəhliz vasitəsilə avtomobil daşımalarının həcmini artırmaq üçün də fəal logistika siyasəti aparır. Bunun sayəsində 5 ölkə ilə elektron "İcazə" sisteminin tətbiqi barədə razılaşma əldə olunub. Ancaq bu, son hədd deyil, bir çox ölkə ilə bununla bağlı danışıqlar aparılır. 

Məlumdur ki, hazırda dünyada enerji keçidi dövrü yaşanır. Yaxın gələcəkdə Azərbaycan "yaşıl enerji"nin istehsalını, ixracını və tranzitini həyata keçirəcək. Ölkəmizin bu sahədə də əhəmiyyəti qlobal olacaq. 

Azərbaycanın geniş bir coğrafiyadan "yaşıl enerji"ni tranzit etmək potensialı var. Bunun üçün isə təbii ki, xüsusi infrastruktur olmalıdır. Çünki ənənəvi enerjinin daşınmasından fərqli olaraq həmin növ enerjinin tranziti daha həssas infrastrukturun olmasını tələb edir. O üzdən yeni layihələrin icrası üçün investisiya qoyuluşu tələb olunur. 

Mərkəzi Asiyada istehsal olunacaq, Azərbaycan üzərindən Avropaya ötürüləcək təmiz enerji infrastrukturunun yaradılması üçün Asiya İnkişaf Bankı (AİB) "Azərbaycanın dayanıqlı enerji infrastrukturu layihələrinin hazırlanmasına" dair layihəni nəzərdən keçirir. Bu məqsədlə layihənin bank tərəfindən Texniki Yardım üzrə Xüsusi Fondun vəsaiti hesabına maliyyələşdirilməsi üçün 500 min dollar ayrılması planlaşdırılır. AİB həmçinin ötən ilin aprelində Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirlikləri ilə birlikdə "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dəstək göstərilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb. 

Özbəkistan və Qazaxıstandan "yaşıl enerji"nin tranziti haqqında sənəd isə 2024-cü ildə COP29-un gedişində Azərbaycan və sözügedən iki ölkənin prezidentləri tərəfindən imzalanıb. Məqsəd gələcəkdə Mərkəzi Asiyada və Azərbaycanda istehsal olunacaq "yaşıl enerji"nin Avropaya çatdırılmasıdır. Bu baş verdikdə Azərbaycan Avropanın elektrik enerjisinə olan tələbatının ödənilməsində həm istehsalçı, həm də tranzit ölkə kimi iştirak edəcək.

Bu gün Azərbaycan həm də Avropa ilə Çini birləşdirən nəhəng magistral Trans-Xəzər Fiber-Optik Kabel Xətlərinin keçdiyi tranzit ölkədir. Artıq bu layihənin icrasına başlanıb. Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, kabelin Xəzər dənizinin dibi ilə çəkilişi yaxın günlərdə başa çatacaq. Çünki iki ölkə arasında olan hissələr artıq birləşdirilib. Kabelin çəkilişini Qazaxıstanın "Kazakhtelekom" SC və Azərbaycanın "Azer Telekom International" şirkətləri tərəfindən yaradılmış "Caspilink B.V." müəssisəsi həyata keçirir. Bir sözlə, yeni layihələrin icrası ölkəmizə nəqliyyat, elektrik enerjisi və internetin keçdiyi qlobal qovşaq ölkə statusunu qazandıracaq. 


Rüstəm KAMAL,     

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!