26 İyun 2026 15:48
333
SİYASƏT
A- A+
Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və iftixar mənbəyi olan Milli Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna, qəhrəman əsgər və zabitlərimizin fədakarlığına, dövlətimizin gücünü və qüdrətini təcəssüm etdirən Azərbaycan Ordusuna sonsuz ehtiramın ifadəsidir.

Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək müstəqil Azərbaycan Ordusunun təməlini təşkil etdi.

Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi, dövlət maraqlarından daha çox hakimiyyət və vəzifə çəkişmələrinə aludə olması ölkəni dərin siyasi və hərbi böhranla üz-üzə qoymuşdu. Həmin dövrdə vahid komandanlığa əsaslanan nizami ordunun yaradılmaması, müxtəlif silahlı dəstələrin ayrı-ayrı qüvvələrin nəzarəti altında fəaliyyət göstərməsi Ermənistanın təcavüzünün daha da genişlənməsinə şərait yaratmış, nəticədə torpaqlarımızın bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Belə bir ağır və taleyüklü məqamda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verdi, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi istiqamətində fundamental islahatlar həyata keçirdi və müasir, peşəkar Milli Ordumuzun möhkəm təməllərini formalaşdırdı.

Bu gün iftixarla qeyd edirik ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu inkişafının ən qüdrətli mərhələsini yaşayır. Son illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ordumuz ən müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar kadr hazırlığı yeni mərhələyə qədəm qoymuş, hərbi sənaye kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və sarsılmaz vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması isə Ordumuzun gücünün və xalq-iqtidar birliyinin növbəti parlaq təcəssümü oldu.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, müasir çağırışlara uyğun inkişaf edən, beynəlxalq standartlara cavab verən, yüksək peşəkarlığa malik bir hərbi qüvvədir. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətinin genişləndirilməsi, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında həyata keçirilən islahatlar və beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi Ordumuzun gələcək inkişafına xidmət edən mühüm istiqamətlərdir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, qəhrəman veteranlarımızı və hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayıram.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin, xalqımızın əmin-amanlığının və müstəqilliyimizin etibarlı təminatçısı olaraq yeni zəfərlərə imza atacaq!

 

Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!