26 İyun 2026 08:55
484
Səhiyyə
A- A+
Ümid yolu

Ümid yolu


Süd vəzi xərçənginə qalib gəlmək mümkündür


Azərbaycanın ən böyük sərvətinin insan amili olduğunu əsas prinsip kimi müəyyənləşdirən dövlət siyasəti səhiyyə sahəsində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə tibbi xidmətlərin keyfiyyəti yüksəlib, regionlarda müasir xəstəxanalar istifadəyə verilib, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı genişlənib. İcbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyənin rəqəmsallaşdırılması, ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramlar, eləcə də sosial əhəmiyyətli xəstəliklərin dövlət dəstəyi ilə müalicəsi bu sahədə əldə olunan uğurların əsas göstəricilərindəndir.

Bu inkişaf onkologiya sahəsində də özünü aydın şəkildə göstərir. Müasir diaqnostika və müalicə üsullarının tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi nəticəsində xərçəng xəstələrinin müalicə imkanları əhəmiyyətli dərəcədə artıb. Bir vaxtlar ölüm hökmü kimi qəbul edilən xərçəng bu gün bir çox hallarda uğurla müalicə olunan xəstəliklər sırasına daxildir. Bununla belə, mütəxəssislər erkən diaqnostikanın hələ də ən vacib amil olduğunu vurğulayırlar.


Qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, genetik meyillilik


Onkoloji xəstəliklər arasında ən geniş yayılmış xəstəliklərdən biri süd vəzi xərçəngidir. Dünyada olduğu kimi, Azərbaycanda da bu xəstəliyin yayılma göstəriciləri yüksəkdir. Uzun illərdir onkologiya və süd vəzi cərrahiyyəsi sahəsində fəaliyyət göstərən, Amerika Cərrahlar Kollecinin, Amerika və Avropa Onkologiya Cəmiyyətlərinin, eləcə də Türkiyənin nüfuzlu cərrahi birliklərinin üzvü olan müsahibimiz uzman doktor Günel Məmmədovanın sözlərinə görə, ölkəmizdə hər il təxminən 3500-4000 qadına süd vəzi xərçəngi diaqnozu qoyulur.

Müalicə prosesində yalnız tibbi bilik deyil, həkimin xəstə ilə münasibəti də mühüm rol oynayır. Onkoloji diaqnoz alan insanın psixoloji vəziyyəti son dərəcə həssas olur. Buna görə də mütəxəssis təkcə cərrah və ya onkoloq deyil, eyni zamanda psixoloji dəstək verə bilən bir insan olmalıdır. Xəstəyə diaqnozun izahı, müalicə mərhələlərinin çatdırılması və ümid hissinin qorunması uğurlu nəticəyə təsir edən vacib amillərdəndir. Günel Məmmədova da məhz bu mütəxəssislərdəndir. 

İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsini fərqlənmə diplomu ilə bitirən, Türkiyənin Marmara Universitetində ümumi cərrahiyyə üzrə ixtisaslaşan Günel Məmmədova təxminən 18 ildir Azərbaycan və Türkiyənin aparıcı tibb müəssisələrində fəaliyyət göstərir. O, süd vəzinin bütün xəstəliklərinin, xüsusilə də süd vəzi xərçənginin diaqnostikası və cərrahi müalicəsi ilə yanaşı, ümumi cərrahiyyə, koloproktologiya, mədə-bağırsaq onkoloji cərrahiyyəsi və transplantologiya sahələrində də geniş təcrübəyə malikdir. Həkim iki ildən bir Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq süd vəzi xərçəngi konfransında ölkəmizi təmsil edir, onkoplastik süd vəzi cərrahiyyəsi üzrə məruzələrlə çıxış edir.

Həmsöhbətimizin sözlərinə görə, süd vəzi xərçənginin yayılmasına təsir edən bir sıra risk faktorları mövcuddur. Genetik meyillilik, qeyri-sağlam qidalanma, piylənmə, hərəkətsiz həyat tərzi, siqaret və spirtli içkilərin istifadəsi, ətraf mühitin çirklənməsi, ionlaşdırıcı radiasiya, müxtəlif viruslar və kanserogen maddələr bu amillər sırasındadır. Bundan əlavə, stres, yuxusuzluq, hormonal balansın pozulması, gec yaşda hamiləlik, ümumiyyətlə, ana olmamaq və süd verməmək də risk faktorları arasında göstərilir. 

"Bizim klinikada elə günlər olur ki, bir gündə 15 qadına süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu xəstəlik artıq çox geniş yayılıb və bunun əsas səbəblərindən biri müasir həyat tərzidir. Süd vəzi xərçəngi vahid xəstəlik kimi görünsə də, əslində, müxtəlif alt qruplardan ibarətdir. Xəstəliyin dörd əsas alt tipi mövcuddur və onların ikisi daha aqressiv gedişata malikdir. Hormon pozitiv şişlər, adətən, daha mülayim xarakter daşıyır və müalicəyə daha yaxşı cavab verir. Bununla yanaşı, HER2 pozitiv və üçqat neqativ (triple-negative) formalar daha aqressiv hesab olunur və xüsusi yanaşma tələb edir", - deyə mütəxəssis bildirir.


Bu diaqnoza  kişilərdə də rast gəlinir


"Əksər insanlar süd vəzi xərçəngini yalnız qadın xəstəliyi hesab etsələr də, bu diaqnoz kişilərdə də rast gəlinir. Statistikaya görə, xəstələrin təxminən bir faizindən az hissəsini kişilər təşkil edir. Buna görə də həm qadınlar, həm də kişilər süd vəzisində hər hansı dəyişiklik hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməlidirlər. Süd vəzisində sərtlik, gilədən öz-özünə gələn şəffaf və ya qanlı ifrazat, dəridə rəng dəyişikliyi, içəriyə çökmə, asimmetriya, qabıqlanma və ya pullanma kimi əlamətlər ciddi siqnal hesab olunur. Bu əlamətlərin olması mütləq xərçəng demək olmasa da, müayinənin vacibliyini göstərir", - deyə həkim bildirir.

Süd vəzi xərçəngi ilə mübarizədə ən vacib amil erkən diaqnozdur. Günel Məmmədova qeyd edir ki, xəstəlik ilkin mərhələdə aşkar olunduqda sağalma ehtimalı 85-90 faizə çatır. Gecikmiş mərhələdə, xüsusilə də metastaz verdikdən sonra aşkar edilərsə, bu göstərici əhəmiyyətli dərəcədə azalır. Buna görə də qadınlar özlərini mütəmadi olaraq müayinə etməli, lakin yalnız özünümüayinəyə arxalanmamalıdırlar. Çünki bəzi törəmələr əllə hiss olunmayacaq qədər kiçik və ya yumşaq ola bilər. Buna görə də profilaktik müayinələr xüsusi əhəmiyyət daşıyır.

Müasir tibdə süd vəzi xərçənginin diaqnostikasında mammoqrafiya "qızıl standart" hesab olunur. Qırx yaşdan yuxarı qadınlara ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək tövsiyə edilir. Qırx yaşdan aşağı qadınlarda isə əsasən ultrasəs müayinəsi və zəruri hallarda maqnit-rezonans tomoqrafiyası tətbiq olunur. Əgər ailədə süd vəzi və ya digər onkoloji xəstəliklərə rast gəlinibsə, skrininq müayinələrinə daha erkən yaşda başlamaq məsləhət görülür. Mütəxəssis bildirir ki, birinci mərhələdə aşkarlanan şişlər çox zaman cərrahi yolla tam müalicə edilə bilir. Xüsusilə şişin ölçüsü iki santimetrdən kiçik olduqda əməliyyat daha uğurlu nəticə verir. Bununla yanaşı, bəzi aqressiv formalarda əvvəlcə sistemik müalicə - kimyaterapiya və ya digər dərman müalicələri tətbiq olunur. Məqsəd şişi kiçiltmək və sonradan daha effektiv cərrahi müdaxilə aparmaqdır.


Mütəmadi müşahidə və həkim nəzarəti vacib şərtlərdir


Son illərdə onkologiyada əldə olunan yeniliklər xəstələrin müalicə imkanlarını daha da genişləndirib. Günel Məmmədova deyir ki, xüsusilə hədəfli terapiya və ya xalq arasında "ağıllı dərmanlar" kimi tanınan preparatlar bəzi süd vəzi xərçəngi növlərində uğurla istifadə olunur: "Bu preparatlar şiş hüceyrələrinə daha dəqiq təsir göstərərək sağlam toxumaların zədələnməsini minimuma endirir. Süd vəzi xəstəlikləri arasında xoşxassəli törəmələr də geniş yayılıb. Bunlardan ən çox rast gəlinənlər fibroadenoma və kistalardır. Fibroadenomalar əksər hallarda xoşxassəli dəyişikliklər hesab olunur və uzun illər ərzində ölçüsünü dəyişmədən qala bilir. Nadir hallarda onların daxilində atipik hüceyrələr inkişaf etdikdə bədxassəli transformasiya riski yarana bilər. Kistalara gəldikdə isə onların müxtəlif növləri mövcuddur. Sadə kistalar, adətən, təhlükəli hesab olunmur və xərçəngə çevrilmir. Lakin kompleks və mürəkkəb kistalar daha ciddi nəzarət tələb edir. Məhz buna görə süd vəzi xəstəliklərində mütəmadi müşahidə və həkim nəzarəti böyük əhəmiyyət daşıyır".

Mütəxəssis qeyd edir ki, süd vəzi sağlamlığı həyat tərzi ilə sıx bağlıdır. Stres, gərginlik, yuxu pozğunluqları, gec yatmaq, melatonin hormonunun sintezinin azalması, həddindən artıq kofein qəbulu və hormonal balanssızlıq süd vəzi toxumasında müxtəlif dəyişikliklərə səbəb ola bilər. Bu baxımdan sağlam qidalanma, normal bədən çəkisinin qorunması, fiziki aktivlik və keyfiyyətli yuxu təkcə ümumi sağlamlıq üçün deyil, onkoloji xəstəliklərin profilaktikası üçün də vacibdir.

Bu gün Azərbaycan səhiyyəsi onkologiya sahəsində dünyanın müasir standartlarına uyğun inkişaf edir. Yeni texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və peşəkar həkimlərin fəaliyyəti sayəsində minlərlə insan həyata yenidən qayıtmaq imkanı qazanır. Vaxtında aparılan müayinə, düzgün həyat tərzi və mütəxəssis nəzarəti bu xəstəliyin yaratdığı riskləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Erkən aşkarlanan süd vəzi xərçəngi əksər hallarda uğurla müalicə olunur və xəstəyə sağlam həyatını davam etdirmək şansı verir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!