10 İyul 2026 10:35
814
Səhiyyə
A- A+
Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?


Yay mövsümündə orqanizm normal fəaliyyətini davam etdirmək üçün daha çox enerji sərf edir, bədən temperaturunu tənzimləmək məqsədilə tərləmə artır və bunun nəticəsində su ilə yanaşı, vacib minerallar da itirilir. Əgər itirilən maye vaxtında bərpa olunmazsa, orqanizm susuzlaşır. 

Susuzlaşma ilk baxışdan sadə problem kimi görünsə də, əslində, ürək-damar sistemindən böyrəklərə, sinir sistemindən maddələr mübadiləsinə qədər bir çox orqanın fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusilə son illər iqlim dəyişikliyi nəticəsində müşahidə olunan uzunmüddətli isti dalğaları bu riskləri daha da artırır.

Susuzlaşmanın əlamətləri hər zaman güclü olmur. İlk mərhələdə insan, sadəcə, susuzluq hiss edə, ağız quruluğundan, halsızlıqdan və baş ağrısından şikayətlənə bilər. Bəzən diqqətin zəifləməsi, yuxululuq, əsəbilik, başgicəllənmə və sidiyə daha az getmək də susuzlaşmanın erkən əlamətləri hesab olunur. Maye itkisi davam etdikdə ürək döyüntülərinin sürətlənməsi, arterial təzyiqin enməsi, əzələ spazmları, huşun bulanması və hətta istilik vurması kimi həyati təhlükəli vəziyyətlər yarana bilər. Bu səbəbdən susuzluq hissini gözləmədən gün ərzində mütəmadi su qəbul etmək vacibdir. Çünki susuzluq hissi yarandıqda orqanizm artıq müəyyən miqdarda maye itirmiş olur.

Hər kəs eyni miqdarda suya ehtiyac duymur. Gündəlik maye tələbatı yaşa, bədən çəkisinə, fiziki aktivliyə, temperatur və rütubətə görə dəyişir. Fiziki işlə məşğul olanlar, idman edənlər, açıq havada çalışanlar və çox tərləyən insanlar daha çox maye qəbul etməlidirlər. Eyni zamanda uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər susuzlaşmaya daha həssas qrup hesab edilir. Yaşlı insanlarda susuzluq hissi zəiflədiyi üçün onlar su içməyi unuda bilirlər. Uşaqlarda isə bədən çəkisinə nisbətdə maye itkisi daha sürətlə baş verir. Buna görə də valideynlər və yaxınları bu qrupların kifayət qədər maye qəbul etməsinə xüsusi diqqət yetirməlidirlər.

Bir çox insanlar hesab edirlər ki, susuzluğu istənilən maye ilə aradan qaldırmaq mümkündür. Halbuki qazlı, çox şəkərli içkilər, enerji içkiləri və həddindən artıq kofeinli məhsullar orqanizmin su ehtiyacını tam ödəyə bilmir. Bəzi hallarda onlar sidik ifrazını artıraraq əlavə maye itkisinə səbəb ola bilər. Alkoqollu içkilər də eyni təsirə malikdir və isti havalarda onların qəbulu susuzlaşma riskini yüksəldir. Ən sağlam seçim adi sudur. Bununla yanaşı, şəkərsiz ayran, mineral su, şəkərsiz bitki çayları və təbii meyvələrin tərkibində olan maye də gündəlik balansın qorunmasına kömək edir. Suyu müxtəlif meyvə və ya tərəvəzlərlə dadlandıraraq əldə olunan detoks suyu da faydalı olmaqla birlikdə, həm də lazımi həcmdə su istehlakına səbəb olur. Detoks suyu hazırlayarkən suya meyvə və tərəvəzlərlə yanaşı, darçın çubuqları, mixək, qara bibər kimi ədviyyatların əlavə edilməsi də faydalıdır. Suyun 1-12 saat dəmlənməsini, yəni tərəvəz, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsini gözləmək lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə tərəvəz və meyvələr yüngülcə əzilib suya əlavə edilməlidir. Detoks suları bədəndən bütün zərərli maddələri çıxararaq bağırsaqları təmizləməyə kömək edir. Lakin bu sular bağırsaq tənbəlliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur.

Yay aylarında qidalanma da orqanizmin maye balansına təsir göstərir. Tərkibində su çox olan qidaların gündəlik rasionda üstünlük təşkil etməsi faydalıdır. Xiyar, pomidor, kahı, qarpız, yemiş, çiyələk, şaftalı, portağal kimi meyvə və tərəvəzlər həm su, həm də vitamin və minerallarla zəngindir. Ağır, yağlı və çox duzlu yeməklər isə orqanizmin suya olan ehtiyacını artırır. Duzun həddindən artıq qəbulu susuzluq hissini gücləndirir və bəzi insanlarda ödəm riskini artırır. Buna görə yayda daha yüngül, balanslı və bol tərəvəzli qidalanmaq məqsədəuyğundur.

Fiziki aktivlik sağlam həyatın vacib hissəsi olsa da, yay istisində məşq edərkən ehtiyatlı olmaq lazımdır. Günün ən isti saatlarında, adətən saat 11:00-dan 17:00-dək açıq havada intensiv idman etmək tövsiyə edilmir. Əgər məşq mütləq açıq havada aparılacaqsa, səhər tezdən və ya axşam saatlarını seçmək daha təhlükəsizdir. İdmandan əvvəl məşq zamanı və sonra kifayət qədər su içmək vacibdir.

İsti havalarda geyim seçimi də susuzlaşmanın qarşısının alınmasına kömək edir. Açıq rəngli, nazik və nəfəs alan pambıq və ya kətan parçadan hazırlanmış geyimlər bədənin sərin qalmasına şərait yaradır. Qara və qalın parçalar günəş şüalarını daha çox udduğu üçün bədən temperaturunu artırır. Günəş altında uzun müddət qalarkən enli kənarlı papaq taxmaq, gün eynəyindən istifadə etmək və kölgədə dincəlmək də orqanizmin həddindən artıq qızmasının qarşısını alır.

Yay mövsümündə xüsusi diqqət yetirilməli problemlərdən biri də günvurmasıdır. Bu vəziyyət orqanizmin artıq bədən temperaturunu tənzimləyə bilmədiyi zaman yaranır və təcili tibbi yardım tələb edir. Güclü baş ağrısı, yüksək hərarət, huşun pozulması, ürəkbulanma, qusma, sürətli nəbz və nəfəsalma istilik vurmasının əsas əlamətləridir. Belə hallarda insan dərhal sərin yerə aparılmalı, artıq geyimləri çıxarılmalı, bədən sərin su ilə isladılmalı və təcili tibbi yardım çağırılmalıdır.

Xroniki xəstəlikləri olan insanların yayda daha diqqətli olmaları vacibdir. Ürək çatışmazlığı, böyrək xəstəlikləri, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən şəxslər qəbul etdikləri dərmanlara görə maye balansında dəyişikliklərlə qarşılaşa bilərlər. Xüsusilə sidikqovucu preparatlar qəbul edən şəxslər həkimin tövsiyələrinə uyğun şəkildə su qəbulunu tənzimləməlidirlər. Bu səbəbdən belə xəstələrin özbaşına çox və ya az su içməsi düzgün yanaşma hesab edilmir.

Yay aylarında insanların tez-tez etdiyi səhvlərdən biri də yalnız çimərlikdə və ya idman zamanı su içmələridir. Əslində, ofisdə işləyən, evdə vaxt keçirən və ya avtomobillə hərəkət edən insanlar da kondisionerli mühitdə müəyyən qədər maye itirirlər. Buna görə su içməyi gün ərzində vərdiş halına gətirmək, masada və ya çantada həmişə su saxlamaq faydalı yanaşmadır. Telefon vasitəsilə xatırlatmalar qurmaq və ya hər yeməkdən əvvəl bir stəkan su içmək kimi sadə üsullar da kifayət qədər maye qəbulunu asanlaşdıra bilər.

Yay mövsümünü sağlam və təhlükəsiz keçirmək üçün susuzlaşmanın qarşısının alınması əsas şərtlərdən biridir. Bunun üçün gün ərzində kifayət qədər su içmək, tərkibində su çox olan qidalara üstünlük vermək, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq, fiziki aktivliyi uyğun saatlara planlaşdırmaq, açıq rəngli və rahat geyimlər seçmək, uşaqlar, yaşlılar və xroniki xəstələr kimi risk qruplarına xüsusi diqqət yetirmək lazımdır. Sadə görünən bu tədbirlər orqanizmin normal fəaliyyətini qorumağa, istiliklə bağlı problemlərin və susuzlaşmanın qarşısını almağa kömək edir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!