25 Avqust 2026 16:38
99
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  


Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin həmçinin iqtisadi baxımdan daha da dərinləşdirilməsi ilə yadda qaldı. Səfərin nəticələrindən biri də 2030-cu ilədək iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard  dollara çatdırılması üzrə proqramın qəbul edilməsi oldu. Bu sənəd Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin qarşıdakı illər üçün əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsi kimi qiymətləndirilməlidir. 

Əslində milyardlıq ticarətin müəyyənləşdirilməsi təsadüfi deyil. Son illər Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi əlaqələr sürətlə genişlənir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd edib ki,  2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb: “Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon dollar  məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm  Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir”. 

Bu dinamika göstərir ki, iki ölkənin qarşılıqlı ticarət potensialı hələ tam istifadə olunmayıb və 1 milyard dollarlıq hədəf real iqtisadi imkanlara əsaslanır. 

Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərində əsas məsələ ticarət  dövriyyəsinin strukturunun və məzmununun dəyişdirilməsidir. Ona görə də yeni məhsulların qarşılıqlı bazarlara çıxarılması və birgə istehsal imkanlarının artırılması vacibdir. Bu baxımdan sənaye kooperasiyasının genişləndirilməsi xüsusi önəm kəsb edir. Səfər çərçivəsində yeni sənaye əməkdaşlığı istiqamətləri müəyyənləşdirilib. Energetika, geologiya, kimya sənayesi, tikinti, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq layihələrinin genişləndirilməsi nəzərdə tutulub. Unutmaq olmaz ki,  iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi iqtisadi münasibətlərin  özəl sektor səviyyəsində də inkişafına imkan yaradır. 

İki dövlətin iqtisadi əlaqələrinin mühüm istiqamətlərindən biri də qarşılıqlı investisiyaların artırılmasıdır. Bu sahədə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusi əhəmiyyət daşıyır. Şirkət 2023-cü ildə yaradılıb və hər iki ölkədə, eləcə də gələcəkdə üçüncü ölkələrdə perspektivli layihələrin maliyyələşdirilməsi üçün mühüm platformaya çevrilib. İnvestisiya şirkətinin fəaliyyəti Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin sadəcə “alıcı-satıcı” modelindən çıxaraq, istehsal və kapital əməkdaşlığı mərhələsinə keçməsinə imkan verir. Bu, xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, tikinti, turizm, kimya və digər sahələrdə birgə layihələrin maliyyələşdirilməsi baxımından əhəmiyyətlidir.

Məsələn, son illər iki ölkə arasında sənaye kooperasiyasının müxtəlif istiqamətlərində layihələr həyata keçirilib. 2026-cı ilin avqustunda keçirilən tədbirlər çərçivəsində bank və maliyyə sektoru, tikinti materiallarının istehsalı, təhsil, yanacaqdoldurma infrastrukturu, turizm və yaşayış kompleksləri, mineral xammalın emalı və bağçılıq kimi sahələrdə yeni birgə layihələrə start verilib. Bu layihələr qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm potensiala malikdir. 

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və tranzit sahəsidir. Özbəkistanın Mərkəzi Asiyada, Azərbaycanın isə mühüm nəqliyyat marşrutları üzərində yerləşməsi iki ölkə arasında logistika sahəsində əməkdaşlığı çox əhəmiyyətli edir. Bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan bu marşrutun imkanlarından daha səmərəli istifadə etməklə Mərkəzi Asiya ilə Qafqaz və Avropa arasında yükdaşımaların artırılmasına töhfə verə bilərlər. Dövlət başçıları da nəqliyyat və tranzit sahəsində əməkdaşlığın, logistika infrastrukturunun səmərəliliyinin artırılmasının və Transxəzər dəhlizinin birgə inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. 

Bütün bunlar ticarət dövriyyəsinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki ticarətin həcmi qədər məhsulların bazarlara sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli qiymətlərlə çatdırılması da vacibdir. Nəqliyyat bağlantılarının yaxşılaşdırılması Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı ticarətini asanlaşdırmaqla yanaşı, üçüncü ölkələrə çıxış imkanlarını da genişləndirə bilər. Qardaş  dövlətlərin iqtisadi strukturları bir sıra istiqamətlərdə bir-birini tamamlayır. Özbəkistanın böyük daxili bazarı, sənaye və kənd təsərrüfatı potensialı Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır. Azərbaycanın Xəzər dənizinə çıxışı, inkişaf etmiş nəqliyyat infrastrukturu, enerji imkanları və beynəlxalq tranzit mövqeyi isə Özbəkistan məhsullarının yeni bazarlara çıxarılması baxımından üstünlük yaradır. Ona görə də 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi sadəcə statistik göstərici olmamalıdır. Ticarət nomenklaturasının genişləndirilməsi, neftdənkənar sahədə  əməkdaşlığın artırılması, birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin sürətləndirilməsi və logistika imkanlarının daha fəal istifadəsi əsas prioritetlər kimi gündəlikdə qalmalıdır.

Əhəmiyyətli məqamlardan biri də odur ki, iki ölkə bu hədəfə çatmaq üçün əməkdaşlığın əsas istiqamətlərini artıq müəyyənləşdirib. Yəni Hökumətlərarası Komissiya, Birgə İnvestisiya Şirkəti, biznes şuraları, biznes forumları və regionlararası əməkdaşlıq mexanizmləri iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişafına xidmət edir. 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə qəbul edilmiş proqram da bu mexanizmlərin fəaliyyətini konkret hədəf ətrafında birləşdirir. 


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!