25 Avqust 2026 15:03
48
SİYASƏT
A- A+
Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu qədim şəhərin Azərbaycanın dövlətçilik tarixindəki xüsusi yerini göstərir.

İşğal nəticəsində Laçının yaşayış məntəqələri, tarixi və mədəni irsi dağıdıldı, şəhər və kəndlər viran qoyuldu,

300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü.

Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər bu acı tarixə son qoydu. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu 1 güllə atmadan, itki vermədən Azərbaycana qaytarıldı. Bununla belə, Laçın şəhəri və rayonun bir sıra yaşayış məntəqələri hələ də Azərbaycanın tam nəzarətində deyildi. 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhərinə daxil olması, şəhərin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Laçının tam azadlığı istiqamətində tarixi mərhələ başlandı. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması isə bu qələbənin rəmzinə çevrildi.

Cənab Prezidentin söylədiyi kimi, “2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı.”

1923-cü ildə şəhər statusu alan Laçın bu gün öz tarixinin ən mühüm və inkişaf dolu mərhələlərindən birini yaşayır.

Vətən müharibəsindən sonra Laçın istiqaməti Azərbaycanın suverenliyi baxımından xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri olaraq qalırdı. Ermənistan və separatçı qüvvələr Laçın yolundan müxtəlif məqsədlərlə istifadə etməyə çalışır, bölgədə vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmaq üçün müxtəlif kampaniyalar aparırdılar.

Azərbaycan isə öz ərazisində təhlükəsizliyi təmin etmək hüququndan geri çəkilmədi. 2023-cü ilin aprelində Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz dövlət sərhədlərinə nəzarəti tam təmin etməsi baxımından mühüm addım oldu.

Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası prosesinin mühüm mərhələsi idi. Eyni zamanda, Laçın istiqamətində təhlükəsizliyin təmin olunması bütövlükdə regionda sabitliyin və yeni reallıqların möhkəmlənməsinə xidmət etdi.

Laçının bugünkü siması Azərbaycanın Zəfərdən sonrakı quruculuq siyasətinin ən parlaq nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Laçında genişmiqyaslı tikinti və bərpa işləri aparılır.

2023-cü il mayın 28-də – Müstəqillik Günündə Laçın sakinlərinin doğma şəhərə qayıdışı xüsusi rəmzi məna daşıyırdı. Həmin gün Prezident İlham Əliyev Laçına qayıdan ilk sakinlərə yeni mənzillərin açarlarını təqdim etdi.

Dövlət başçımızın həmin gün qeyd etdiyi kimi, “bu qayıdışın məhz Müstəqillik Günündə başlaması böyük rəmzi məna daşıyırdı. Çünki müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq qüdrətində olduğunu nümayiş etdirmişdi.”

Bu gün Laçında quruculuq işləri geniş vüsət alıb. Yeni yaşayış binaları, fərdi evlər, sosial obyektlər, yollar və digər infrastruktur layihələri şəhərin müasir simasını formalaşdırır.

Böyük Qayıdış Proqramı çərçivəsində Laçın şəhərində daimi məskunlaşma təmin edilib.

Laçının yenidən qurulması şəhərin həm yaşayış məkanı, həm də mühüm iqtisadi, turizm və nəqliyyat mərkəzi kimi inkişaf etdirilməsini nəzərdə tutur. Şəhərin təbiəti, su ehtiyatları və zəngin tarixi-mədəni irsi onun turizm potensialını artırır. Buna uyğun olaraq turizm infrastrukturu formalaşdırılır, yeni xidmət və istirahət məkanları yaradılır.

Bərpa-quruculuq prosesi istehsal müəssisələrinin yaradılması ilə paralel aparılır. Bu isə həm iqtisadi fəallığın artırılmasına, həm də doğma yurda qayıdan insanların məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi və genişləndirilməsi isə Laçının regionun iqtisadi həyatına daha sıx inteqrasiyasına imkan yaradır.

2025-ci il Müstəqillik Günündə Laçının Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünə ev sahibliyi etməsi şəhərin həm də mühüm siyasi məkan kimi formalaşdığını göstərdi.

Qardaş və müttəfiq ölkələrin liderlərinin Laçında bir araya gəlməsi Azərbaycanın yaratdığı yeni reallığın mühüm siyasi mesajlarından biri idi. Bir vaxtlar işğal və münaqişə ilə assosiasiya olunan Laçın artıq əməkdaşlıq, tərəfdaşlıq, quruculuq məkanına çevrilib.

Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də şəhərin və bütövlükdə Qarabağın inkişafında mühüm hadisədir. Hava limanı bölgənin nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Laçının beynəlxalq əhəmiyyətini və turizm potensialını daha da artırır.

Bu gün Laçın şəhərinə nəzər saldıqda qarşıda iki fərqli mənzərə canlanır: bir tərəfdə işğalın viran qoyduğu şəhər, digər tərəfdə isə Azərbaycan dövlətinin qısa müddətdə yenidən qurduğu müasir Laçın.

Laçın rayonunun işğaldan azad olunmasından ötən müddət ərzində burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın Qarabağda yaratdığı yeni reallığın ən parlaq nümunələrindən birinə çevrilib.

Laçında aparılan quruculuq işlərinin miqyası ilk növbədə yaşayış fondunun bərpasında özünü göstərir. Ümumilikdə rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib.

Laçının kəndləri də  sosial və iqtisadi infrastrukturu olan müasir yaşayış məkanları kimi formalaşdırılır.

Burada diqqətçəkən məqam iş yerlərinin yaradılmasında yerli əhalinin üstünlük təşkil etməsidir. Beləliklə, quruculuq prosesi doğma yurduna qayıdan əhali üçün yeni məşğulluq imkanları yaradır.

Həyata keçirilən layihələr Laçının iqtisadi inkişaf modelində kənd təsərrüfatı və emal sənayesinin inkişafına imkan verir. Yəni söhbət həm xammal istehsalından, həm də dəyər yaradan müəssisələrin formalaşdırılmasından gedir.

2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı isə Laçının hüdudlarını aşan regional əhəmiyyətli layihədir. Layihənin reallaşması nəticəsində böyük su ehtiyatının formalaşdırılması, uzun magistral boru kəmərinin çəkilməsi və bir sıra rayonların keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

Layihənin mühüm tərəflərindən biri də su anbarından qidalanan magistral kəmər üzərində üç su elektrik stansiyasının yaradılmasının planlaşdırılmasıdır. Bu, su ehtiyatlarından kompleks və səmərəli istifadə baxımından əhəmiyyətlidir.

Laçının yenidən qurulmasında müasir şəhərsalma prinsipləri ilə yanaşı, ekoloji yanaşmalar da tətbiq olunur. Zabux və Bəylik kəndlərində yaşayış evlərinin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi bunun konkret nümunəsidir.

Günəş panellərinin tətbiqi, ekoloji cəhətdən təmiz istehsal müəssisələrinin yaradılması və təbii landşaftın qorunmasına yönəlmiş yanaşmalar Laçının gələcəkdə “yaşıl” və dayanıqlı yaşayış məkanlarından biri kimi formalaşmasına imkan verir.

Laçının 2025-ci ildə MDB-nin “mədəniyyət paytaxtı” elan edilməsi isə şəhərin mədəni potensialının beynəlxalq səviyyədə təqdim olunması baxımından mühüm hadisədir. Bu status Laçının mədəniyyət, yaradıcılıq və humanitar əməkdaşlıq məkanı kimi tanınmasına xidmət edib.

Cənab Prezident son 6 ildə Laçına 9 dəfə səfər edib və bu səfərlərin hər biri Laçının bərpasının ayrı-ayrı mərhələlərini əks etdirir. Cənab Prezidentin mütəmadi səfərləri həm də dövlətin azad edilmiş ərazilərin bərpasına verdiyi siyasi əhəmiyyətin və prosesə birbaşa nəzarətin göstəricisidir.

Bir sözlə, yenidən qurulan Laçının yeni siması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa siyasətinin mahiyyətini əks etdirir.

 

Nigar Məmmədova,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

14:51
25 Avqust

İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib

14:50
25 Avqust

DİM sədri: Bu il tələbə adını qazananların sayı artıb

14:48
25 Avqust

Xankəndi, Xocalı və Ağdərədə 20 abituriyent ali məktəbə qəbul olub

14:44
25 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

14:43
25 Avqust

Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun rəsmisi : Növbəti Buxara Biennalesində azərbaycanlı sənətkarları görmək istərdik

14:41
25 Avqust

Yayda qida zəhərlənməsi riski nə üçün artır?

14:37
25 Avqust

ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə enib

14:36
25 Avqust

Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

14:33
25 Avqust

Hulusi Kılıç: Bakı ilə Daşkənd arasında əməkdaşlıq bütün Türk dünyasının maraqlarına cavab verir

14:32
25 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib

14:30
25 Avqust

Lənkəran hadisələrinin ildönümü anılıb  

14:20
25 Avqust

FİDE Rusiya şahmatçılarının Olimpiadada iştirakını qadağan etdi  

14:05
25 Avqust

"İstəklilər koalisiyası"nın Kiyev Sammiti: yeni paketlər, köhnə məsələlər  

14:02
25 Avqust

Laçın bu gün Vətənimizin ən gözəl guşələrindən biridir

13:50
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!