16 İyul 2026 03:25
626
Fərmanlar
A- A+
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69 (Cild I)aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissə ləğv edilsin;

1.2.11.2-ci bənddən ", habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 -"Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 20.2 - 20.4-cü bəndlər ləğv edilsin;

2.2. aşağıdakı məzmunda 34-1-ci hissə əlavə edilsin:

"34-1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxs üzrə:

34-1.1. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru;

34-1.2. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti İdarə Heyətinin sədri.".

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654, №7, maddələr 814, 815, № 8, maddələr 937, 948) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"nin 6.1.13-cü yarımbəndində "Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki" sözləri "Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə verilmiş" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749, № 11, maddə 1018; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər planı" hissəsinin 2.3.1-ci yarımbəndinin 2-ci abzasının "Digər icraçılar" sütununa "ƏƏSMN," akronimindən sonra "AZCON," akronimi əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); 2024, № 4, maddə 400, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360; 2025, № 4 (I kitab), maddə 330; 2026, № 2, maddə 128; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "ASK Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 

"AZCON Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)";

5.2. "10. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsi üzrə:

5.2.1."Əsas icraçı qurum" sütununa "qurum" sözündən sonra ", fəaliyyət istiqamətinə uyğun olaraq" sözləri əlavə edilsin;

5.2.2. 2.3.5-ci, 4.5.1-ci, 4.5.3-cü və 4.5.5-ci yarımbəndlərin birinci abzaslarının "Əsas icraçı qurum" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

5.2.3. 4.3.4-cü yarımbəndin "Digər icraçılar" sütununa "ETN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

5.2.4. 5.1.4-cü yarımbəndin birinci abzasının, 5.1.6-cı yarımbəndin, 6.1.2-ci yarımbəndin birinci abzasının və 6.3.1-ci yarımbəndin "Digər icraçılar" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379, №7, maddə 692; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın "8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.7.1-ci və 8.7.5-ci yarımbəndlərin "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

6.2. 8.7.2-ci yarımbəndin "Digər icraçılar" sütununa "NMR NK" akronimindən sonra ", AZCON" akronimi əlavə edilsin;

6.3. 8.7.3-cü və 8.7.4-cü yarımbəndlərin "Digər icraçılar" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

6.4. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "AZAL-Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 

"AZCON -"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)".

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1147; 2026, № 3, maddə 259) ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da aşağıdakı dəyişikliklər edilsin:

7.1. "9. 2024-2027-ci illərdə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsi üzrə:

7.1.1. 9.1.1.1-ci, 9.1.2.1-ci,9.1.2.2-ci, 9.1.3.2 - 9.1.3.4-cü və 9.5.3.2-ci abzasların "Digər icraçılar" sütununda"RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

7.1.2. 9.1.1.3-cü abzasın "Digər icraçılar" sütununa "Azərenerji" ASC" sözlərindən sonra ", AZCON" akronimi əlavə edilsin;

7.1.3. 9.1.3.1-ci abzasın "Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)" sütununda "RİNN" akronimi "AZCON" akronimi ilə əvəz edilsin;

7.2. "10. Akronimlər və ixtisarlar" hissəsinə "Azərenerji" ASC - "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: 

"AZCON -Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

Azərbaycan nefti 93 dollara satılır

10:23
21 İyul

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Endi Börnhemə  

10:18
21 İyul

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb  

10:03
21 İyul

Yayda qida zəhərlənməsindən necə qorunaq?

09:45
21 İyul

Yaxın Şərq böhranı tezliklə həll olunmasa...  

09:40
21 İyul

Heykəltaraşlığın Tokay səhifəsi

09:35
21 İyul

Zamanı və sərhədləri aşan söz ustadı

09:30
21 İyul

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

09:25
21 İyul

Daşkəsəndə Aqroturizm Festivalı keçirilib

09:20
21 İyul

Ağsaqqallar şuraları hesabat verirlər

09:15
21 İyul

Neftçalada aqrar sahənin inkişafına dair dövlət proqramının icrası müzakirə edilib

09:10
21 İyul

Azərbaycanın "yaşıl enerji"si sərhədləri aşacaq

09:05
21 İyul

Anastasiya LAVRİNA: "Azərbaycan yeni dünya nizamında mövqeyini daha da möhkəmləndirir"

09:00
21 İyul

Azərbaycan-Çin əlaqələri Orta dəhlizin inkişafına mühüm töhfələr verir

08:55
21 İyul

Səhiyyədə rəqəmsal transformasiya

08:50
21 İyul

Şuşadan ünvanlanan mesajlar Azərbaycanın yaratdığı yeni reallıqların konseptual təqdimatı oldu

08:45
21 İyul

Qarabağ həm də qlobal dialoq mərkəzidir

08:40
21 İyul

Almaniyanın "Cicero" jurnalı: "Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir"

08:35
21 İyul

Azərbaycan-Mərkəzi Asiya formatı regionlar arasında geosiyasi və geoiqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır 

08:30
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!