20 Dekabr 2024 08:50
268
İQTİSADİYYAT
A- A+
Azərbaycan günəşli ölkədir

Azərbaycan günəşli ölkədir


Bu günəş indi həm də təmiz enerji mənbəyidir


Azərbaycanın bərpaolunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində "yaşıl enerji" ixracını həyata keçirmək üçün ölkəmizdə daxili tələbatdan çox "yaşıl elektrik enerjisi" istehsalı nəzərdə tutulur. Bu istehsalda günəş enerjisi əsas yer tutur.  

Yerdən 150 milyon kilometr məsafədə yerləşən Günəşin Yer səthinə düşən enerjisinin miqdarı dünyada olan bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından qat-qat çoxdur. Bu gün Günəş enerjisinin 0,0125 faizini səmərəli istifadə etməklə dünyaya lazım olan enerjinin bütün ehtiyaclarını tam ödəmək mümkündür. Günəş enerjisinin istifadəsinin üstünlüyü bir də ondadır ki, günəş qurğuları işləyən zaman "parnik effekti" yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. 

Sual yarana bilər ki, hazırda qış fəslidir. Soyuq havalar Günəş-elektrik stansiyalarının (GES)  fəaliyyətinə təsir etmirmi? Belə yanlış təsəvvürlərin əksinə olaraq  mütəxəssislər deyirlər ki, Günəş panelləri qışda da effektiv işləyir. Gündüz saatlarının qısalmasına və səmada Günəşin bucağının aşağı düşməsinə baxmayaraq, Günəş panelləri hətta buludlu və qarlı günlərdə də əhəmiyyətli elektrik enerjisi istehsal edə bilir. Onların performansını müəyyən edən əsas amil ətraf mühitin temperaturu deyil, Günəş işığının mövcudluğudur. 

Yerləşdiyi coğrafi əraziyə görə Azərbaycan Günəş enerjisi ilə zəngindir. Qalır ondan səmərəli istifadə etmək. Məsələn, bizdə binaların hər birinin üzərində Günəş panelləri yerləşdirmək mümkündür. Mütəxəssislərin fikrincə, deyək ki,  ölkə üzrə 1 milyon sosial və ya ictimai əhəmiyyətli binanın üzərində belə panellər quraşdırmaqla hər birindən 10 kilovat elektrik enerjisinin alınması ümumilikdə təxminən 1000 meqavat elektrik enerjisinin əldə edilməsi demək olardı. Bu da bir ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət deməkdir. 

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, Azərbaycanda günəş şüalanmasının davamlılığı 2400-3200 saata qədər müşahidə olunur. Alternativ və bərpaolunan enerji mənbələri hesabına quraşdırılacaq yeni generasiya güclərində günəş enerjisinin xüsusi çəkisi 73 faiz (günəş-istilik 58, günəş-elektrik 15 faiz) təşkil edir. Bir sözlə, ölkəmizdə Günəş enerjisinin iqtisadi potensialı yüksək qiymətləndirilir.

2022-ci il martın 15-də təməli qoyulan "Qaradağ" Günəş-Elektrik Stansiyası MDB məkanında ən böyük analoji qurğudur. Bu böyüklüyündə stansiyanın inşası dövlət siyasətinin artıq bərpaolunan enerjiyə istiqamət götürməsinin təsdiqidir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin inşa etdiyi stansiya 230 MVt gücündədir. Ölkəmizdə xarici investisiya cəlb edilməklə tikilən sənaye miqyaslı bu GES 550 hektar ərazini əhatə edir. Stansiyada 570 min Günəş paneli quraşdırılıb. GES-in şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

İllərdir  planetin başına bəla olan ekoloji fəlakət dünya alimlərini, dövlət və hökumət başçılarını narahat edir. Bunu əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir: "Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir". Ulu Öndərin uzaqgörənliyi, Prezident İlham Əliyevin iqtisadi siyasəti nəticəsində hələ 10 il əvvəl Suraxanı Günəş-Elektrik Stansiyası istismara verilib. 7 hektarlıq ərazini əhatə edən stansiya Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 kilometr cənubda yerləşir. 2015-ci ildə isə Babək rayonunun Xal-xal kəndi ərazisində Naxçıvan GES təmiz enerji verməyə başlayıb.

Hələ  bu ilin aprelində  Berlinə səfər edən Prezident İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla görüşərkən demişdi ki, 2027-ci ilin sonuna qədər  Azərbaycanda 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabər olacaq. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş-elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata çatacaq. Azərbaycanın Avropaya "yaşıl enerji"ni ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı demişdir: "Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün "yaşıl enerji" təchizatçısı da olacaq".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!