03 İyun 2026 12:07
185
SİYASƏT
A- A+
Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib

Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirib


Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci Bakı Enerji Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşdır. 31 ildir, Bakı Enerji Həftəsi dünyanın enerji siyasətinin müzakirə olunduğu ən nüfuzlu platformalardan biri kimi fəaliyyət göstərir. 

Məhz bu platformada əsası qoyulan əməkdaşlıqlar Azərbaycanın müstəqillik dövründə iqtisadi inkişafının təməlini formalaşdırıb, ölkəmizi regionun enerji mərkəzinə çevirib. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev enerji resurslarından səmərəli istifadənin dövlət quruculuğunda və milli inkişafda rolunu xüsusi vurğuladı. Dövlət başçımız qeyd etdi ki, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin əsasında məhz düzgün enerji siyasəti dayanır: "Ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar."

Azərbaycanın enerji strategiyasının mahiyyəti ondan ibarətdir ki, neft və qaz gəlirləri ölkədə sosial infrastrukturun qurulmasına, yoxsulluğun azaldılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, eyni zamanda müasir ordunun formalaşdırılmasına yönəldilib.

Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə son illərdə geosiyasi gərginliklərin artdığı şəraitdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirib.

Forum çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın enerji siyasəti yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də yaşıl enerji keçidində regional liderə çevrilməkdədir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, 2032-ci ilin sonunadək Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 8 giqavata çatdırılacaq. Bu istiqamətdə Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiyadan yaşıl enerjinin nəqlini nəzərdə tutan layihələr enerji xəritəsində yeni mərhələnin başlanğıcı olacaq. 

Cənab Prezidentin də söylədiyi kimi, “Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək və bütün bunlar hamımız üçün böyük sərvətdir.”

Ümumiyyətlə, Bakı Enerji Forumu siyasi baxımdan mühüm platformadır. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin foruma ünvanladığı məktublar Azərbaycanın beynəlxalq enerji siyasətində artan rolunun göstəricisidir. Bu məktublarda da Azərbaycanın enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl enerji keçidi sahəsində oynadığı rol yüksək qiymətləndirilib. Bu isə Bakının qlobal siyasi qərarların müzakirə olunduğu mühüm diplomatik mərkəzlərdən birinə çevrildiyini təsdiqləyir. 

31-ci Bakı Enerji Forumu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni investisiyaların cəlb olunmasına, enerji bazarlarında əməkdaşlığın genişlənməsinə və regional inteqrasiyanın güclənməsinə xidmət edir.

Bu gün Bakı həm Xəzər regionunun, həm də Avrasiya məkanının enerji paytaxtlarından biri kimi çıxış edir. Forum çərçiəvəsində aparılan müzakirələr də göstərir ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri gələcəkdə də qlobal enerji təhlükəsizliyinin əsas seqmentindən biri olacaq.


Nigar MƏMMƏDOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!