17 İyun 2026 08:25
371
SİYASƏT
A- A+
"Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır"

"Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır"


ABŞ və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, təhlükəsizlik, nəqliyyat və humanitar sahələri əhatə edir. İqtisadi sahədə ABŞ Azərbaycanın əsas investisiya tərəfdaşlarından biridir. Amerika şirkətləri xüsusilə enerji sektorunda Azərbaycanda iri layihələrin həyata keçirilməsində iştirak edirlər.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, iki ölkə arasında enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi əməkdaşlıq istiqamətləri son dövrlər münasibətlərin əsas gündəmini təşkil edir: "ABŞ və Azərbaycan arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır və hər iki ölkə əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. İlin əvvəlində ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Vaşinqtonun Bakı ilə əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirdi. ABŞ və Azərbaycan arasında imzalanmış xartiya üç əsas istiqamət üzrə uzunmüddətli əməkdaşlıq çərçivəsi yaradır: enerji və regional bağlantı, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı. Xartiyanın həyata keçirilməsinin infrastrukturun inkişafını sürətləndirəcəyi, enerji yatırımlarını genişləndirəcəyi və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təşviq edəcəyi gözlənilir ki, bu da hər iki ölkənin vətəndaşları üçün yeni iş yerlərinin yaradılması və biznes imkanları vasitəsilə rifahın artmasına xidmət edəcək". 

Deputat xatırladıb ki, Prezident İlham Əliyev həmçinin bu il enerji, nəqliyyat, texnologiya və qida sektorlarını təmsil edən ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib: "ABŞ və Azərbaycan arasında keçirilən görüşlərdə regional bağlantı məsələsi xüsusi yer tutub. Müzakirələr Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun fəaliyyətə hazırlanması istiqamətində növbəti addımları əhatə edib. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, çoxmodallı bağlantı təmin edəcək. Layihənin məqsədi Avrasiya boyunca dəmir yollarını, avtomobil yollarını, boru kəmərlərini, elektrik ötürmə xətlərini və rəqəmsal infrastrukturu birləşdirərək Cənubi Qafqazı Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta dəhliz) boyunca ticarət və investisiya habına çevirməkdir".

P.Vəliyeva qeyd edib ki, gücləndirilmiş strateji tərəfdaşlıq Azərbaycanı ABŞ üçün əsas regional tərəfdaş səviyyəsinə yüksəldib. O əlavə edib ki, Prezident İlham Əliyevin Donald Trampa 80 illiyi münasibətilə ünvanladığı məktub da Bakı və Vaşinqton əlaqələrinin həm də iki ölkə liderinin şəxsi münasibətləri sayəsində inkişafından xəbər verir. Dövlətimizin başçısı Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində D.Trampın əvəzsiz xidmətləri olduğunu qeyd edib. Eyni zamanda ötən ilin avqustunda Ağ Evdəki tarixi görüşü xatırladaraq bildirib ki, görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının 6 ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırıb. "İki ölkə arasında həm prezidentlər səviyyəsində təmaslar, həm də rəsmi şəxslərin səfərləri Azərbaycan və Amerika münasibətlərinin yeni mərhələdə yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir", - deyə P.Vəliyeva bildirib. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!