19 İyun 2026 13:23
177
CƏMİYYƏT
A- A+
Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır


Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional bazanın yaradılmasının təmin etdilməsi məqsədilə hazırlanıb və nəqliyyat sahəsinin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili əsasında bu məsələnin normativ-hüquqi bazasının yaradılması öz əksini tapıb.

Layihə ilə nəzərdə tutulan əsas yeniliklər aşağıdakılardır:

- müvafiq qanunlara dəyişiklik edilməsi ilə qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir, eləcə də idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunur. Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilir. Avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir;

- hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə bilər. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmini, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunur;

- bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibbi vasitələrə nəzarət sahəsində əməkdaşlıq gücləndirilir

15:06
19 İyun

İran Futbol Federasiyası FIFA-ya rəsmi şikayət ünvanlayıb

15:05
19 İyun

İlhamə Qədimova: Dövlət proqramı 2030-cu ilə qədər olan dövrü əhatə etsə də, sonrakı mərhələlərdə də davam etdiriləcək  

15:04
19 İyun

CNN: İran ABŞ ilə dialoqun bərpası üçün Livanda atəşkəsə zəmanət tələb edir

15:03
19 İyun

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

15:02
19 İyun

Böyük Qayıdış: Xankəndi və Ağdərəyə daha 80 nəfər köçdü

14:53
19 İyun

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya təhvil verilib

14:35
19 İyun

“Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib  

14:27
19 İyun

Türkiyənin nəqliyyat naziri: 2030-cu ilədək Zəngəzur dəhlizinin açılması gözlənilir

14:23
19 İyun

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib

14:17
19 İyun

Sabah Abşeron çimərliklərində 25 dərəcəyədək isti olacaq

14:08
19 İyun

Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir

14:01
19 İyun

Qanun layihələri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanacaq  

13:51
19 İyun

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

13:37
19 İyun

Ağdamda keçirilən əmək yarmarkasında 20 müəssisədən 160-dan çox vakansiya təqdim edilib  

13:34
19 İyun

Avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

13:23
19 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:19
19 İyun

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı: 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb 

13:17
19 İyun

Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib  

13:15
19 İyun

Dövlət qulluğu və media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqlənib

12:53
19 İyun

Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq

12:48
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!