07 Avqust 2025 09:05
864
İDMAN
A- A+
Avropa yarışlarında uğur qazanan qazaxlı idmançılarla görüş keçirilmişdir

Avropa yarışlarında uğur qazanan qazaxlı idmançılarla görüş keçirilmişdir


İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edən Azərbaycan milli komandasının 15 üzvündən 8 nəfəri Qazax rayon Uşaq Gənclər İdman Məktəbinin yetirməsi və "Göyəzən" Ağır Atletika Klubunun idmançıları olmuşlar. 

Qazaxlı idmançıların əldə etdikləri 3 qızıl və 4 gümüş medal Azərbaycan komandasını Avropa birinciliyində ümumi sıralamada üçüncü etmişdir.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə RİH-in başçısı Rəcəb Babaşov  çıxış edərək  idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş,  sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd etmişdir: "Bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər". Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan söz açan R.Babaşov bu münasibətin davam etdiyini bildirmiş, Qazax Olimpiya İdman Kompleksində, Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin münasibətin nümunəsi kimi  qiymətləndirmişdir. 

"Göyəzən" Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Rayət Abdalov ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə görə hər kəsə minnətdarlığını bildirmişdir. 

Görüşün sonunda R.Babaşov idmançılara xatirə hədiyyələri təqdim etmişdir.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam Sənaye Parkındakı müəssisələr 1,86 milyard manatlıq məhsul satıb

15:25
10 İyul

İlin birinci yarısında ölkədə sənaye istehsalının dəyəri açıqlanıb

15:23
10 İyul

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub

15:20
10 İyul

Kubanıçbek Ömüralıyev: İmzalanan sənədlər TDT-yə üzv dövlətlərin maliyyə kəşfiyyatı sahəsində əməkdaşlığını gücləndirəcək

15:18
10 İyul

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

13:43
10 İyul

İlin birinci yarısında Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib

13:40
10 İyul

FHN taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:37
10 İyul

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

13:35
10 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

13:33
10 İyul

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

13:30
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!