04 Noyabr 2024 18:54
356
İQTİSADİYYAT
A- A+
ASCO emissiyaların 25 faiz azalmasına səbəb olacaq 65 ədəd köhnəlmiş gəmini donanmadan çıxarır  

ASCO emissiyaların 25 faiz azalmasına səbəb olacaq 65 ədəd köhnəlmiş gəmini donanmadan çıxarır  

Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi və 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20 faiz azaltmaq və 30 faiz üçün çalışmaq, 2040-cı ilədək 70 faiz azaltmaq və 80 faiz üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurum bu hədəfə çatmaq üçün Strategiya və Tədbirlər Planı hazırlanıb. Plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə ümumi dedveyti 26 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25 faiz azalacağı gözlənilir.

“Bundan başqa, ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir. Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır. Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından 20 faizədək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların 9 faizədək azaldılması proqnozlaşdırılır”, - deyə ASCO-dan bildirilib.

2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib. Belə ki, qeyd edilən dövrdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin və 7 tankerin tikintisi, tam elektriklə işləyən 4 liman-yedək gəmisinin inşası və 8 gəminin metanol yanacağına keçid üçün retrofit olunması nəzərdə tutulur. Bu gəmilərdə mavi metanolun istifadəsi (ümumi donanmanın dedveytinin artması nəzərə alınaraq) ümumilikdə emissiyaların 10 faizədək azalmasına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, dizellə müqayisədə metanol CO2 emissiyalarını 7 faizə qədər, SOx emissiyalarını 99 faizə qədər və NOx emissiyalarını 60 faizə qədər azalda bilər. Bütün donanmalarda alternativ yanacaqlardan istifadəyə keçid isə üçüncü mərhələdə, yəni 2030-2040-cı illərdə icra ediləcək. Bununla da, IMO-nun hədəfinə uyğun olaraq, 2008-ci illə müqayisədə emissiyaların 70-80 faizədək azaldılmasına nail olunacaq.

Dördüncü mərhələ isə 2040-2050-ci illəri əhatə edir. Bu mərhələdə 0 emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır. Bu isə IMO-nun hədəfinə uyğun olaraq, emissiyaları 100 faiz azaldaraq 0 emissiya həddinə çatmaq deməkdir.

Qurumundan bildiriblər ki, ASCO-nun dekorbanizasiya istiqamətində qısamüddətli tədbirlər planı da var. Bu plan çərçivəsində 2030-cu ilə qədər olan ilk 3 mərhələ həyata keçirilməlidir. Layihədə metanol gəmilərinə keçidin 2027-ci ildə nəzərdə tutulmasına baxmayaraq, bu prosesi daha da sürətləndirmək məqsədilə artıq metanol gəmilərinə keçid üçün maliyyə dəstəyi üzərində işlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!