03 Aprel 2026 11:56
167
SİYASƏT
A- A+
Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü


Azərbaycan Ordusunun möhtəşəm zəfəri ilə nəticələnən Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlayan və 4 gün davam edən döyüşlər Azərbaycan ordusunun gücünün təntənəsi oldu. Bu döyüşlər göstərdi ki, respublikamız hər an torpaqlarını güc yolu ilə işğaldan azad etməyə qadirdir. 

Qeyd edək ki, həmin vaxt Ermənistanın cəbhə xəttində başlatdığı hərbi təxribat atəşkəs dövründə miqyasına və qoşun növlərinin iştirakına görə ən böyük hücum idi. Düşmən ön mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutmuşdu. Azərbaycan Müdafiə Nazirliyinin 2016-cı il aprelin 2-də yaydığı məlumatda deyilir: «Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. 

Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib».

Həmin vaxt cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Qısa müddətdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. 

Döyüşlərin ilk günü düşmən ciddi itkilər vermişdi. Bu məğlubiyyət düşməni hərbi əməliyyata başlamasına – yenidən hücuma keçməsinə sövq etmişdi. Aprelin 4- Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum edən düşmən bu dəfə də ağır məğlubiyyətə uğradıldı. Düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahı darmadağın edildi, döyüşə gələn erməni könüllülərinin olduğu avtobus məhv olundu.

Ermənistan silahlı qüvvələrinin Ağdərə və digər yaşayış məntəqələrindən hərəkə-tə gətirmək istədiyi ehtiyat qüvvələri də sıradan çıxarıldı. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafındakı, Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunmasına imkan verən Lələtəpə yüksəkliyi ətrafındakı strateji ərazilər düşməndən azad edildi. Cəbrayılın Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən təmizləndi, ümumilikdə 2000 hektarlıq ərazi azad edildi, daha çox ərazi isə nəzarətə götürüldü.

Ermənistan silahlı qüvvələri Aprel döyüşlərində böyük itkilər verdi. Düşmənin 320-dən artıq canlı qüvvəsi məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Habelə düşmənin 30-dək tankı, zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun Horadiz əməliyyatından sonra növbəti uğurlu döyüş əməliyyatı oldu. Xalq-dövlət-ordu həmrəyliyinin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşdi.

Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoydu və təcrübə baxımında ordumuz üçün ciddi sınaq oldu. Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ilin antiterror əməliyyatlarında erməni separatizminə son qoyulması ilə nəticələndi.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!