03 Aprel 2026 08:30
205
SİYASƏT
A- A+
Bakının diktəsi, İrəvanın etirafları

Bakının diktəsi, İrəvanın etirafları


Azərbaycanın hərbi-diplomatik qələbəsi Ermənistanı reallıqla barışmağa və sülhə sövq edir


Ermənistan mürəkkəb və taleyüklü seçim dövrünü yaşayır. Uzun illər mifik ideyalarla, qondarma "böyük Ermənistan" xülyası ilə təcavüzkar siyasət yürüdən cinayətkar hökumətlər erməni toplumunu fəlakətə və səfalətə düçar ediblər. Hakimiyyətinin ilkin dövründə Nikol Paşinyan və komanda üzvləri də eyni işğalçı mövqeni sərgiləyir, ona uyğun hərəkət edirdilər. Lakin 44 günlük Vətən müharibəsinin və antiterror tədbirlərinin yaratdığı geosiyasi reallıqlar fonunda Paşinyan hökuməti Bakının diktəsinə uyğun davranmaq məcburiyyətində qaldı. Regionda güclər balansı Azərbaycanın xeyrinə köklü şəkildə dəyişdi. Ermənistan hökuməti onilliklər boyu arxalandığı xarici təhlükəsizlik zəmanətlərinin artıq işləmədiyini əyani surətdə gördü. İrəvan anladı ki, qonşularına qarşı ərazi iddialarını hüquqi sənədlərində saxladıqca, özünü hərbi və siyasi zərbələr üçün hədəf halına gətirir. 

Hazırda rəsmi İrəvanın mərhələli şəkildə icra etdiyi, hətta beynəlxalq platformalarda ağızdolusu danışdığı sülh gündəliyinin də təşəbbüskarı, prosesi praktiki irəliyə daşıyan da məhz Azərbaycandır. Mövcud reallıqlar artıq Ermənistanın hazırkı siyasi rəhbərliyinin, hökumət nümayəndələrinin dilindən də açıq etiraf olunur. Parlament sədri Alen Simonyanın çıxışları da əvvəlki yanlışlıqların bəyanı və Ermənistanın xəyallarla reallıqlar, keçmişin yükü ilə gələcəyin sağ qalma strategiyası arasındakı çırpınışıdır. Məlum olduğu kimi, baş nazir Nikol Paşinyandan sonra A.Simonyan da qondarma "Artsax" məsələsinin gündəmdən birdəfəlik çıxarıldığını xatırladıb. Spiker jurnalistin sualına cavabında "Niyə Qarabağa "Artsax" deyirsiniz, başa düşmək istəyirəm, bəs niyə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz?" - deyib. Simonyan vaxtilə özünün də "Artsax" sözünü işlətdiyini xatırladan media nümayəndəsinə "səhv etmişəm" deyə qarşılıq verib. O, 2018-ci ildə, o zaman işğal altında olan Ağdamda foto çəkdirməsini də kobud xəta adlandırıb. 

Parlament sədri Ermənisanın hazırkı konstitusiyasının dəyişdirilməsinin vacibliyindən də bəhs edib. Onun sözlərinə görə, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycanın yox, məhz Ermənistanın maraqları üçündür: "Bunlar Ermənistanın yaşaması və gələcəyi üçün vacibdir. Biz elə bir konstitusiyaya sahib olmalıyıq ki, heç kimə bizi regionda təhlükə kimi görmək üçün bəhanə verməsin". Bəllidir ki, Ermənistan konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib. Bunun qarşılığında Nikol Paşinyan yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməyəcəyini açıqlamışdı.

Erməni rəsmilər özləri də etiraf edirlər ki, 1990-cı illərin əvvəllərində qəbul edilmiş Müstəqillik Bəyannaməsi bugünkü Ermənistanın əl-qolunu bağlayan buxova çevrilib. Paşinyan hökuməti dərk edir ki, mövcud konstitusiya dəyişmədən nə Azərbaycanla sülh mümkündür, nə də Türkiyə ilə sərhədlərin açılması. Bu isə ölkənin iqtisadi cəhətdən boğulması, təcridin davam etməsi anlamına gəlir. Dünya birliyi Ermənistanın suveren sərhədlərini tanısa da, İrəvanın başqa bir dövlətin ərazisinə iddialarını sülhə maneə kimi görür. O baxımdan, rəsmi Bakının Ermənistan konstitusiyası ilə bağlı tələbi beynəlxalq müstəvidə məntiqli və legitim şərt kimi qəbul olunur. 

Erməni spiker 7 iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşan revanşist qüvvələrin cəmiyyəti yeni fəlakətlərə düçar etmək niyyətində olduğuna da diqqət çəkib. Bildirib ki, Ermənistanın siyasi mənzərəsi iki gündəmlə üz-üzədir: sülh və müharibə. Parlament sədri qonşu ölkələrə qarşı ərazi iddialarının müharibə demək olduğunu və Robert Köçəryanın rəhbərlik etdiyi radikal qüvvələrin bu gündəmdən çıxış etdiklərini vurğulayıb: "Bəli, 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər sülhlə mümkün müharibə arasında olacaq". Simonyanın açıqlamaları həm də Ermənistanın daxili və xarici siyasətində yaranmış dilemmanın açıq etirafıdır. Paşinyan hakimiyyəti hazırda cəmiyyəti iki radikal seçim qarşısında qoyur, ya mövcud kursla sülhə getmək, ya da hakimiyyət dəyişikliyi ilə yenidən müharibə riskini göz önünə almaq. Məqsəd Paşinyanı müxalifətin "müharibə gətirən rəhbər" suçlamasından qurtarmaq və cəmiyyətə "yeganə xilaskar" obrazında qəbul etdirməkdir. Baş nazirin seçkilərdə uduzacağı təqdirdə sentyabrda müharibənin başlayacağını iddia etməsi isə toplumu xunta rejimi ilə qorxutmağa hesablanıb.  

İrəvanın yeni reallıqları qəbul etməsi geosiyasi çıxılmazlıqdan irəli gələn zəruri seçimdir. Paşinyan hökuməti Ermənistanı gələcək risklərdən sığortalamaq istəyir. Bunun yolu isə sərsəm ideyalardan, "dənizdən dənizə Ermənistan" utopiyasından birdəfəlik imtina etməkdir. Simonyanın etirafları da Ermənistanın siyasi ritorikasında baş verən effektli dönüşün təzahürüdür. Gecikmiş etiraflar Ermənistanın illərdir apardığı işğalçı ideoloji xəttin iflasının göstəricisidir. Paşinyan hökuməti ermənilərin beynini illüziyalardan təmizləməyə çalışır, anlayır ki, uydurma "xəritə" üzərindəki xəyallar real dövlətçiliyi itirmək təhlükəsi yaradır. Xüsusən, sülh prosesinin ən son mərhələsində, iqtisadi əməkdaşlığın və nəqliyyat kommunikasiyalarının işə düşdüyü dövrdə qondarma ifadələri təkrarlamaq təkcə söz oyunu yox, sülh prosesini məqsədli şəkildə pozmaq və sonu indidən bəlli olan təhlükəli yola girməkdir. Tarixin çarxını geri döndərmək cəhdi Ermənistanın bir dövlət kimi mövcudluğunu tamamilə sual altında qoya bilər. 

Nəticə etibarilə, İrəvanın etirafları Ermənistanın ideoloji qalasının daxildən çökməsinin təzahürü, saxta tarixin reallıq qarşısında təslimiyyətidir. Bu mənada 7 iyun seçkilərinin nəticələri Ermənistanın regionda bir dövlət kimi qalıb-qalmayacağına dair son hökm olacaq. Birmənalı vurğulamaq lazımdır ki, Simonyanın və Paşinyanın sülhdən xilas yolu kimi yapışmaları heç də İrəvanın sülhsevərliyindən yox, Bakının diktə etdiyi yeni düzənin gücündən qaynaqlanır. Azərbaycanın hərbi-diplomatik qələbəsi erməni xalqının da qaranlıq keçmişdən və köçəryanlardan qurtuluşuna yol açdı. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!