03 Aprel 2026 08:35
348
SİYASƏT
A- A+
Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri


Azərbaycan torpaqları işğal altında qaldığı uzun illər ərzində təcavüzlə barışmayacağını, beynəlxalq hüquq normalarına əsaslanaraq ərazilərini erməni faşistlərindən azad edəcəyini qətiyyətlə bildirirdi və bir anda mübarizədən çəkinmirdi. Ancaq Ermənistana havadarlıq edənlərin sayəsində, beynəlxalq təşkilatların məsuliyyətsizliyi, iqtisadiyyatımızda, həmrəyliyimizdə müəyyən çətinliklərin olması nəticəsində düşmənin başını əzmək, torpaqlarımızı azad etmək mümkün olmurdu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrdə hərbi strategiyanın hazırlanması, ordunun möhkəmləndirilməsi, qələbəyə inam hissinin yüksəldilməsi barədə düşünür, ən mötəbər tribunalardan öz sözünü deyir, sülh mümkün olmasa, hərbə önəm verəcəyini bəyan edirdi. Bununla yanaşı, qələbəyə gedən yolun konturları çəkilirdi və 2016-cı ilin aprelində bu, baş verdi. Azərbaycan Ordusu 2-5 aprel tarixində düşmənə qarşı geniş əməliyyat keçirdi. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər  rayonunun Suqovuşan kəndləri istiqamətində bəzi mövqelər igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində düşməndən azad edildi.

Lələtəpə yüksəkliyinin və onun ətrafındakı yüksəkliklərin ələ keçirilməsi strateji baxımdan əhəmiyyətli olmaqla bərabər, həm də geniş ərazidə düşmənin atəş məntəqələrini nəzarətdə saxlamağa, təcavüzkarların hərəkətlərini izləməyə imkan yaratdı. Dördgünlük döyüşlər Azərbaycan Ordusunun hərbi potensialını və əsgərlərimizin mübarizliyini ortaya qoydu.

Aprel döyüşləri Ermənistan ordusuna baha başa gəldi, erməni silahlı qüvvələri böyük itki verdi. 300-dən çox erməni hərbçi məhv edildi, 500-dən çoxu yaralandı. Düşmənin 30-dan çox tank və zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu, xeyli yaylım atəş sistemi, minaatanları, hərbi avtomobilləri və mühəndis-istehkam vasitələri sıradan çıxarıldı. Komanda idarəetmə məntəqələri, raket sistemləri darmadağın edildi və düşmən geri çəkilməyə məcbur oldu. Cəbhədə yaranmış vəziyyət, erməni ordusundakı özbaşınalıq, fərarilik, zabitlər və əsgərlər arasındakı qarşıdurma, inamsızlıq göstərdi ki, düşmənin silahlı qüvvələri Azərbaycan Ordusu ilə mübarizə aparmağa qadir deyil və məhvə məhkumdur.

Bu döyüşlər zamanı ermənilər müharibə qaydalarını yenə də pozdular, dinc sakinləri, əhalinin sıx yaşadığı yaşayış məntəqələrini atəşə tutdular, təcavüzkar əməllərini davam etdirdilər. Onlar necə olur-olsun öz mövqelərini möhkəmləndirməyə, revanş götürməyə çalışdılar, ancaq yanıldılar. Azərbaycan artıq əvvəlki - zəif, güclü orduya malik olmayan, ümidsiz və düşkün, köməksiz əsgər və zabiti ilə seçilən bir ölkə deyildi. Dövlətimizin başçısının düşünülmüş siyasəti sayəsində iqtisadiyyatı sürətlə inkişaf edən, ordusu müasir silahlarla təchiz edilən, peşəkar hərbi kadrlara malik bir Azərbaycan idi.

Prezident, Ali Baş Komandan Aprel döyüşlərində əldə edilən hərbi uğurları yüksək qiymətləndirərək bildirmişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir". 

Aprel döyüşlərini tarixi qələbəmizin baş məşqi adlandırmaq daha düzgün olar. Bu 2020-ci ilin zəfərinə, 2023-cü ilin qələbəsinə aparan yolun başlanğıcı və Ali Baş Komandan cənab İlham Əliyevin hərbi strategiyasının, ordumuzun gücünün yenilməz olduğunun göstəricisi idi. Bu döyüşlər xalqımızın, rəhbərimizin və ordumuzun nəyə qadir olduğunu, həm də yenilməz gücünü ortaya qoydu. Eyni zamanda Ermənistanın dünyada formalaşan məğlubedilməz ordu mifinə böyük zərbə vurdu. Erməni əsgər və zabitlərinin ordumuz qarşısında acizliyini dünyaya göstərən Aprel döyüşləri sübut etdi ki, genişmiqyaslı döyüşlərdə Azərbaycan Ordusu düşmənə qalib gəlməyə qadirdir.

Dördgünlük mübarizə xalqımızın birliyini, çətin gündə səfərbərliyini, döyüşə hazır olmaq əzmini bir daha göstərməklə gələcək qələbələrə böyük inam yaratdı. Aprel döyüşləri cəbhə xəttində mövqelərin daha da möhkəmlənməsinə, təhlükəsizlik mühitinin formalaşmasına, tərəflər arasında güc balansının dəqiqləşdirilməsinə zəmin yaratdı və münaqişənin həll yollarına öz təsirini göstərdi. Digər tərəfdən, ordumuzun gücləndirilməsi, peşəkar hərbi kadrların hazırlanması vəzifəsini qarşıya qoydu.

Bu gün Aprel döyüşlərinin 10-cu ildönümünü böyük iftixar və qürurla qeyd edirik. Torpaqlarımız artıq düşməndən azad edilib, suverenliyimiz tam bərpa olunub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin hərb planı, ordumuzun gücü, xalqımızın birliyi tarixi qələbəmizi təmin etdi. Hazırda 30 il erməni işğalı altında qalan ərazilərdə möhtəşəm tikinti, quraşdırma, abadlıq işləri həyata keçirilir. Sakinlər öz ata-baba yurdlarına qayıdırlar. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, uşaq bağçaları, istehsal sahələri, yararlı torpaqlar sakinlərin istifadəsinə verilir. Müasir yollar, təyyarə meydanları, binalar, idman qurğuları, təhsil müəssisələri insanların xidmətindədir.

Tarixi qələbəmizdən sonra Qarabağın və Şərqi Zəngəzurun abadlaşdırılmasına qoyulan 25,5 milyard manatlıq vəsait iqtisadiyyatımızın davamlı və dayanıqlı olmasından xəbər verməklə, Prezidentimizin doğma torpaqlara, insanlara qayğı və diqqətini, öz vətəninə sədaqətini nümayiş etdirir. İndi işğaldan azad edilmiş ərazilərdə həyat dirçəlir. Ölkəmizin rəhbəri vaxtaşırı həmin ərazilərdə olur, insanlarla görüşür, təməlqoyma, açılış mərasimlərində iştirak edir, öz planlarını uğurla həyata keçirir, Qarabağ torpaqlarını gülüstana, cənnətə çevirmək arzularını reallaşdırır. Bu, xalqımızda qürur doğurur.

Yolumuz haqq-ədalət, sağlam münasibətlər, əməkdaşlıq yoludur və buna görə qalibik. Amma yenə də Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq uğrunda mübarizədədir. 

Günümüzün reallığı - dünyada baş verən hadisələr, müharibələr, münaqişələr bunu tələb edir. Ermənistanın təcavüzü, uzun illər torpaqlarımızın işğal altında qalması və nəhayət, Azərbaycanın tarixi qələbəsi göstərdi ki, nahaq qan, zülm yerdə qalmır, haqq-ədalət qalibdir və müharibələrin sonu yoxdur.


Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!