03 Aprel 2026 08:00
330
SİYASƏT
A- A+
Bizi birləşdirən təkcə kökümüz deyil

Bizi birləşdirən təkcə kökümüz deyil


Prezident İlham ƏLİYEV: "Türk dünyası artıq yalnız bir mədəni layihə deyil, real iqtisadi güc mərkəzidir"


Aprelin 1-2-də Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçılarının Bakıda keçirilən ikinci görüşündə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın bir qədər də gücləndirilməsi, ticarət və enerji layihələrinin inkişafı, həmçinin regional nəqliyyat və logistik imkanların genişləndirilməsi məsələləri müzakirə olunub. Görüş çərçivəsində qarşılıqlı etimadın artırılması və birgə investisiya təşəbbüslərinin gücləndirilməsi  məqsədilə bir sıra qərarlar qəbul edilib.

Ötən ilin noyabrında Bişkekdə keçirilən birinci görüşdən fərqli olaraq, budəfəki tədbir ABŞ və İsrail - İran müharibəsi fonunda xüsusi əhəmiyyət daşıyır. Müharibənin başlanmasından bəri TDT daxilində fəal müzakirələr aparılır. Xatırladaq ki, bir ay əvvəl - martın 8-də İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının rəsmiyyətdənkənar  görüşü keçirilib. Həmin görüşdə Naxçıvana PUA, Türkiyəyə  raket hücumu qəti şəkildə pislənilib. Ötən həftə isə TDT üzv dövlətlərinin dövlət başçılarının köməkçiləri Macarıstanın paytaxtı Budapeştdə görüşüblər. Görüşdə yüksək-səviyyəli nümayəndələr iştirak edib və müzakirələr zamanı təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi, həmçinin regional və qlobal problemlər fonunda koordinasiyanın artırılması əsas prioritetlər kimi ön plana çıxıb. 

Təşkilat çərçivəsində həyata keçirilən görüşlər və razılaşmalar, üzv dövlətlərin qarşılıqlı etimadını gücləndirməklə yanaşı, regionda dayanıqlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş konkret addımların atılmasına imkan yaradır.  Ona görə də regional və qlobal şəraitdə baş verən iqtisadi, siyasi dalğalanmalar üzv dövlətlərin bir-birinə daha çox güvənməsini və əməkdaşlığı gücləndirməsini zəruri edir. Dünya iqtisadiyyatında baş verən dəyişkənliklər, təlatümlər, enerji bazarlarında dalğalanmalar və yüksək qlobal borc yükü Türk dövlətlərini bir-birinə  güvənməyə, aralarındakı bağı möhkəmləndirməyə vadar edir.

 Bu dinamik inkişaf çərçivəsində təşkilat rəhbərliyi  üzv dövlətlər arasında əməkdaşlığın sistemli və genişləndirilmiş mexanizmlər vasitəsilə həyata keçirildiyini hər zaman vurğulayır. Bu mənada TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev adıçəkilən tədbirdə deyib ki, hazırda 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik: "Yaranan qeyri-sabitlik səbəbindən dövlət başçılarımızın təlimatlarına əsasən siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririk. Həmçinin nəqliyyat bağlantıları da əməkdaşlığın ən perspektivli sahələrindən biridir və Orta dəhliz bu gün cari geosiyasi mühitdə ən vacibidir. Belə ki, 2025-ci ildə Orta dəhlizlə yükdaşıma həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona çatacağı gözlənir".

Baş  katibin  sözlərinə söykənərək deyə bilərik ki, hazırda Orta dəhliz bu bağlantının arteriyası hesab olunur. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələrinin enerji resursları, eləcə də Orta dəhliz çərçivəsində logistik imkanlar təşkilatın əsas sütunlarıdır. Dəhliz vasitəsilə yük daşımaların həcmi artmaqla yanaşı, region ölkələri arasında ticarət və investisiya imkanları da günbəgün genişlənir. Limanlar, nəqliyyat infrastrukturu və sərbəst iqtisadi zonalar strateji düyün nöqtələri kimi çıxış edir, regional əməkdaşlığın dərinləşməsinə şərait yaradır. Beləliklə, Orta dəhliz üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsi və uzunmüddətli iqtisadi əlaqələrin formalaşması üçün vacib bir platforma rolunu oynayır.

Buradaca rəqəmlərə müraciət edək:  2026-cı ilin yanvar ayında nəqliyyat dəhlizlərində daşınan yük həcmi 2342,7 min ton təşkil edib. Bu fakt  Dövlət Statistika Komitəsinin açıqladığı yanvar  ayının  makroiqtisadi göstəricilərində yer alıb. Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Qazaxıstanın Aktau limanı həmin marşrutun strateji düyün nöqtələridir. Marşrut boyunca yük daşımalarının həcmi və tranzit sürəti, üzv dövlətlər arasında iqtisadi əlaqələrin güclənməsinin və investisiya imkanlarının artmasının bariz göstəricisidir. Eyni zamanda bu dinamika regional əməkdaşlıq və ticarət əlaqələrinin daha çox genişlənməsi üçün də möhkəm zəmin yaradır.

TDT çərçivəsində "yaşıl enerji" təşəbbüsləri önəmli yer tutur. Üzv dövlətlər arasında bərpaolunan enerji mənbələrinin inkişafı və enerji layihələrinin ekoloji təmiz texnologiyalarla reallaşdırılması regional enerji təhlükəsizliyini gücləndirir və iqtisadi əməkdaşlığın dayanıqlılığını artırır. Bu mənada Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" daşımalarının təşkili üzrə pilot layihələrin həyata  keçirilməsi diqqətəlayiqdir. 2024-cü ilin noyabrında imzalanan Azərbaycan, Qazaxıstan, Özbəkistan arasındakı "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə əsasən, az sonra Xəzər dənizi üzərindən "yaşıl elektrik" ötürmə infrastrukturunun yaradılması istiqamətində texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Bu təşəbbüs region daxilində enerji təhlükəsizliyinin həm texniki, həm də ekoloji yönünü əhatə edir.

TDT-nin iqtisadi gələcəyi siyasi iradənin düzgün iqtisadi mexanizmlərlə müşayiət olunmasına bağlıdır. Prezident İlham Əliyevin  bu günlər Budapeştdə səsləndirdiyi "Türk dünyası artıq yalnız bir mədəni layihə deyil, real iqtisadi güc mərkəzidir" fikri həmin  baxışın təməl tezisidir. Türk İnvestisiya Fondu kimi mexanizmlər bu prosesi daha da sürətləndirə bilər. Ümumiyyətlə, TDT-nin  əsas iqtisadi göstəricilərinə nəzər yetirdikdə dünya iqtisadiyyatında önəmli yer tutuduğunın şahidi oluruq. Təkcə bu fakta nəzər yetirək: türk dövlətlərinin ümumi ərazisi 4823,5 min kilometr, ümumi daxili məhsulu (ÜDM) 1383 milyard  dollar, əhalisi 173,8 milyon nəfər, ticarət dövriyyəsi 855,7 milyard dollardır. 

Deyilənlərin fonunda sonda qeyd edək ki, "Gülüstan" sarayında  keçirilən görüşdə  bəyanat qəbul edilib. Tədbirdə yekun niqti ilə çıxış edən Baş nazir Əli Əsədov deyib: "Hörmətli həmkarlarımın çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirildi. Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır".


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!