Ümumdünya Antidopinq Agentliyi (WADA) 2025-ci il aprelin 11-ni dünyada Ədalətli İdman Günü elan edib. Təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2025-ci il 7-13 aprel tarixlərini ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.
WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il əlamətdar günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda postların #PlayTrueDay həştəqi vasitəsilə paylaşılmasını təklif edir.
“Ədalətli idman həftəsi - 2025” ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Ədalətli idman həftəsi – 2025” barədə danışarkən deyib: “İdman yalnız fiziki güc nümayişi deyil, eyni zamanda dürüstlük, zəhmət, əzm və ədalət prinsiplərinə əsaslanan bir həyat tərzidir. Ədalətli İdman Gününün qeyd olunması idmanda şəffaflıq prinsiplərini və idmançıların öz bacarıqlarına güvənməsinin vacibliyini bir daha ön plana çıxarır. İdmanda dopinqə yer yoxdur. O, yalnız qaydaları pozmaq deyil, həm də idmanın mahiyyətini, onun ruhunu məhv etmək deməkdir. Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək”.
WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edir. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib
Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub
Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib
İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!